Geriyə nəzər salmadan irəliləmək, geriliyi aradan qaldırmaq üçün yenidən əlavə səy göstərmək deməkdir.
Yeni daxil olduğumuz təqvim ilinin 2021- ci ilində müstəqilliyimizin ilk rəsmi və sanballı sənədlərindən olan "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın təsdiq olunmasından nə az, nə çox düz 21 il keçir. 35 illik bir dövr üçün nəzərdə tutulanan, əzəli və gələcəyimizin geniş təhlilinə əsaslanan bu sənəd təhsilimizin butün tarixi səlnaməsini və gələcək perspektivlərini özündə əks etdirmişdi.
Müdriklıərin "Bizim mövcudluğumuz fasiləsiz olaraq keçmişə doğru gedişdir” ; "Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır” ; "İnsan gləcəyə öz keçmişinin çiynində gedir” ; "Keçmiş indinin virtual məkanıdır” ; "Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar” ; "Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür” və s. bu kimi deyimlərı ilə kimlərinsə razılaşıb-razılaşmadığından asılı olmayaraq, çox illik təcrübəmə əsaslanaraq bu qənaətdəyəm ki, geriyə nəzər salmadan irəliləmək, geriliyi aradan qaldırmaq üçün əlavə səy göstərmək deməkdən başqa bir şey deyildir. Bunu müstəqilliyimizin ilk illərində tələskənlik nəticəsində yol verdiyimiz yanlışlıqların bir neçə nümunəsində nəzərdən keçirməyə çalışaq.
Hələ 15 iyun 1999- cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” işıq üzü gorəndə çoxlarında təhsilimizin gələcəyi ilə bağlı xoş təsəlli hissi yaranmışdı. Bu da əsassız deyildi, çünki Proqrama islahatın əsas məqsədlərindən biri kimi "bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi.
Proqramda təsbit olunmuş "təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi" və "təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” barədə tələblər isə, ən pessimist dairələrin belə düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı. Çünki bu, bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi.
Ən başlıcası isə "məktəbəqədər, orta , ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ ”"hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək” İslahat Proqramının əsas məqsədi kimi müəyyənləşdirilmişdi. Buna görə də Proqramda təhsil sistemində idarəetmənin demokratikləşmə prosesinə uyğun qurulması, onun yeni məzmun və formalarda tətbiq olunması, təhsil müəsisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması kimi tələblər də irəli sürülürdü.
Proqramdakı "təhsil sisteminin hüquqi tənzimlənməsi”, "əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, "idarəetmənin dövlət-ictimai xarakterinin güclləndirilməsi”, "təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, "funksiyalarin yuxarıdan aşağıya paylanması”, "təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi.
Biz nə etdik? Dövlət komissiyası tərəfindən hazırlanmış Təhsil sahəsində İslahat Proqramını imitasiya predmetinə çevirərək, təhsilimizin məzmununu sarsıtdıq, formasını bayağılaşdırdıq, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək əvəzinə olan qalanını da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik.
Halbuki, məhz bu Proqramda islahat yolu ilə təhsilimizin forma və məzmunca yeniləşməsi üçün milli, mənəvi, bəşəri dəyrlərə istinad etməyə xüsusi önəm verilirdi. İslahat Proqramının qüvvədə olduğu ilk 15 il kəsiyində təhsilimizdə baş verən aşınmalar, yayınmalar və digər ziddiyətli proseslər, hansısa fərdin subyektiv fikirləri kimi deyil, son illərdə cəmiyyətdə formalaşan ictimai rəyin təzahürü kimi qiymətlləndirilməlidir. Qənaətə gəldiymiz bəzi faktları konkretləşdirməyə çalışaq:
Bu gün həmın Poqram arxivə göndərilsə də istər- istəməz coxsaylı suallara cavab axtarmalı oluruq,
- Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?
- Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqı baza yaradıldımı?
- Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?
- Təhsil sisteminin idarə olunmasinda inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?
- İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?
- İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?
- Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü?
- Funksiyaların yuxaridan aşağıya paylanması prosesi reallaşdımı?
- Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?
- Əsas hədəf təhsil verənə və alana yönəldimi?
- Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?
- Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata keçirildimi?
- Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?
- Təhsilin inhisarsızlaşdırılması baş verdimi?
Sualların sayını nə qədər artırsaq belə, nəticə etibarı ilə bir cavab alınacaq; Təhsil sahəsində dövlətin təsdiq etdiyi Proqramı bir kənara qoyub, əsasını subyektiv mülahizələr, fərziyyələr və ehtimallara əsaslanan hansısa təşəbbüsü, ideyanı, yaxud da istiqaməti məlum olmadan atılan bir addımı fetişləşdirərək, islahatçılıq hərəkatı kimi qələmə verib, bu dərin və ümidverici məfhumu arxivə göndərdik.
Başlayaq elə ibtidai sinif müəllimlərindən. Küyə düşüb o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə "aktivləşdirdik” ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında "yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə "çevrildilər.” Aylıq kurslar vasitəsi ilə "yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, kimya, biologiya, coğrafiya və digər fənnlər üzrə müəllim defesiti ilə baş-başa qaldıq. Ibtidai sinif müəllimlərimizin göstəriciləri də ki…
Nəzərə almadıq ki, təhsilmizin bünövrəsi sayılan ibtidai təhsil tədrisin təməlidir. Təhsilalanlara ılkin охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmağın əsası təhsilin məhz bu pilləsndə qoyulur. Təhsilimizin təməlini aylıq kursları bitirib "yenidən hazırlananlara” etibar etmək nə dərəcədə ibtidai təhsilin Əsasnamə tələblərini ödəyə bilərdi və ya belə bir "gediş” təhsilin, yoxsa kursların və onların təşkilatçılarının maraqlarına hesablanmışdı?
Ardı var...
Nadir İsrafilov, Təhsil eksperti