AzTehsil.com


Xəbərlər / Ziyalılar
13 noyabr 2020
2 531


Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"



Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

 

Bu gün Azərbaycan ən şanlı, ən şərəfli, qürurverici günlərini yaşayır. Azərbaycan həm cəbhədə, həm də diplomatik arenada öz qələbəsini təmin etdi. 1805-ci ildə Kürəkçay müqaviləsi imzalanandan bu günə kimi Azərbaycan müəyyən dövrlərdə öz tarixi torpaqlarını itirmək təhlükəsi yaşamışdır.

27 sentyabrdan başlayan 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurub yaratdığı silahlı qüvvələrini, ordusunu darmadağın etdi, 27 ildir işğal altında saxlanılan tarixi,əzəli torpaqlarını- Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Şuşa şəhərini, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.  44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü sübut etdi. Cənab Prezident İlham Əliyevin  dediyi kimi, "Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Bu şanlı qələbədə dövlət-xalq birliyinin rolunu danmaq olmaz. Hər kəs. hər bir Azərbaycan vətəndaşı yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq ölkə başçısının,ordumuzun ətrafında sıx birləşdi. Bu günlərdə hər  bir kəs öz xidmət etdiyi sahədə müsəlləh əsgər oldu.Çünki hər kəsin içində bu inam var idi: Biz haqlıyıq, biz qələbə çalmalıyıq!

 Şanlı ordumuzun, əsgərlərimizin qanı, canı bahasına, Ali Baş Komandanımızın qətiyyəti, yüksək əzmi və iradəsi, xalqımızın birliyi naminə bu gün Azərbaycan işğal olunmuş torpaqlarını həm müharibə, həm də danışıqlar yolu ilə geri qaytarmaqla yeni tarix yazır. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik qələbəsidir.   

Bu gün bir çox dünya ölkələrində baş verən münaqişələrə nəzər saldıqda bir çoxunun hələ də öz həllini tapmadığının, və ya hələ də davam etdiyinin şahidi oluruq. MDB məkanındakı münaqişələrin bir çoxunun həlli perspektivləri hələ də görünmür. Müharibə dövründə dünyanın ərəbcə yayımlanan kanallarında bir çox tanınmış ekspertlərlə dəfələrlə müzakirələrdə iştirak etdim. Onların arasında erməni ekspertləri də var idi. Razılaşma ilə bağlı həm xarici , həm yerli ekspertlərin şərhi ilə tanış oldum. Qətiyyətlə söyləmək olar ki, Azərbaycan öz şanlı qələbəsini qazanıb. Bu tarixi nəaliyyətdir, haqqın, haqlı olanın qələbəsidir.

Ermənistan hərbi və siyasi cəbhədə məğlub oldu. Sazişdən bir neçə dəqiqə sonra bütün Ermənistanı nümayişlər bürüdü, erməni xalqı Paşinyanı istefaya səslədi. Bu məğlubiyyət Ermənistan üçün gözlənilən idi. Hərbi və iqtisadi baxımdan ondan qat-qat güclü olan Azərbaycanın qarşısında uzun müddət davam gətirə bilməzdi.

Bu gün biz qələbəmizin sevincini yaşayırıq. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən iğid oğul və qızlarımızın,dünyadan Qarabağ nisgili ilə köçən vətəndaşlarımızın ruhu şaddır. O torpaqların hər  qarışında şəhidlərimizin qanı var. Biz artıq başımız dik, alnımız açıq gəzə bilərik. Çünki gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik.  

Hazırda razılaşma ilə bağlı müzakirələrin getdiyi bir dövrdə bu sənədin əhəmiyyəti ilə bağlı aşağıdakıları qeyd etmək istəyirəm:

1. Azərbaycan müharibə yolu ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Hadrut işğaldan azad etdi. Danışıqlar masasında isə Laçın, Ağdam və Kəlbəcəri geri alacaq. Bu isə yüzlərlə əsgərimizin sağ qalması deməkdir.

2. Qaçqın və məcburi köçkün vətəndaşlarımız uzun illərin həsrətindən sonra öz doğma dədə-baba yurdlarına qayıtmış olacaqlar.

3. Digər vacib məsələ Naxçıvana dəhlizin açılmasıdır. Naxçıvandan olan vətəndaşlarımız uzun illərdi evlərinə getmək üçün quru yolu ilə İrandan keçərək evlərinə gedə bilirdilər. İndi isə yeni imkan yaranır. Bu da böyük tarixi nailiyyətdir və əvvəlki dövrlərdə mümkünsüz görsənirdi. İndi isə artıq reallıqdır.

4. Bu dəhlizin yaradılması Azərbaycanla Türkiyənin əlaqələrinin, ümumilikdə bölgənin iqtisadiyyatına öz ciddi təsirini göstərəcək. Bölgədə yeni siyasi reallıqla yanaşı, iqtisadi  reallıq da yaranacaq.İqtisadi əlaqələr daha da güclənəcək.

5. Bu razılaşma Orta Asiya Respublikaları, Azərbaycan və Türkiyənin əlaqələrinin inkişafına daha böyük töhfə verəcək.

6. Əvvəl Türkiyənin münaqişənin tənzimlənməsində Türkiyənin iştirakı birmənalı olaraq qəbul edilmirdi. Artıq Türkiyə prosesdə formatından asılı olmayaraq aktiv iştirak  edəcək. Bu münaqişənin tənzimlənməsi ilə bağlı daha bir yenilikdir.




Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

"Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır "-Nadir İsrafilov

"Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır "-Nadir İsrafilov

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Dünyanın aparıcı hərbi məktəblərində təhsil alan kursant və zabitlərimiz Vətənə gətirilib

Dünyanın aparıcı hərbi məktəblərində təhsil alan kursant və zabitlərimiz Vətənə gətirilib

Laçınsız 27 il

Laçınsız 27 il

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb