AzTehsil.com


Xəbərlər / Müəllim
19 avqust 2020
2 279


"Məkləblərdə dünyagörüşünün artırılmadığını müşahidə edirəm"-MİQ-də yüksək nəticə göstərənlər



"Məkləblərdə dünyagörüşünün artırılmadığını müşahidə edirəm"-MİQ-də yüksək nəticə göstərənlər

 

14 avqustdan müəllimlərin işə qəbulu imtahanlarına start verilib.

İmtahanda bir çox namizədlər yüksək nəticə göstərərək vakant yer seçimində iştirak etmək hüququ qazanıb.

Onlardan bəziləri təəssüratları AzEdu.az-la bölüşüblər:

Həyat Əliyeva Rus dili üzrə imtahanda 56 bal toplayıb.
Gəlin, onu yaxından tanıyaq:

"Bakı Slavyan Universitetininin rus dili fakültəsini 1989-1994-cü illərdə bitirmişəm. Lakin o dövrdə maddi imkanım olmadığı üçün rus məktəbinə düzələ bilmədim. Bəhanə də o oldu ki,yer yoxdur. Azərbaycan bölməsində işləməyi heç ağlıma gətirmədim.Teleradio şirkətində ştatdan kənar əməkdaş kimi 1-2 ay işlədim. Həmin dövr Sumqayıt şəhərində yaşayırdım və Nizami Gəncəvi adına Textiki təbiət elmləri liseyinin direktoru olan Minarə Tahirovadan müsahibə almağa getdim. O mənə təklif etdi ki,gəl burda işlə. Təmənnasız şəkildə o liseyin Azərbaycan bölməsindı  4 il işlədim. Beləliklə profilim dəyişdi. Sonra ailə vəziyyətimlə bağlı Bakıya köçdüm və liseydən ayrıldım. Fasilələrlə Füzuli məktəbində işlədim.

Keçən il MİQ-də 56 bal topladım. Lakin 18 saat çıxarılmış vakant yerdə 12 saat verildiyi üçün imtina etdim”.

Müəllim namizəd MİQ-də olan yeniliklərdən söz açıb.

"MİQ-də olan yeniliklər təqdirəlayiqdir. Keçən il səhv suallara baxmığı mən də arzu etmişdim və bu il bundan yararlandım. Məntiqin olması mənim üçün heç bir narahatçılıq yaratmırdı. Amma digər müəllimlər üçün məntiqin olmamasının faydası varsa, bu çox gözəl addımdı.

Sualların çətinlik səviyyəsi tam azərbaycan sektorunu bitirmiş Rus dili müəllimlərinə  uyğun idi. Asan və nisbətən çətin sualların faizi də gözlənilmişdi.
Sanitar-epidemioloji qaydalara tam riayət olunmuşdu. Vakant yerləri hələ görməmişəm.Evimə ən yaxın olan məktəbi seçmək fikrindəyəm. Yaxşı məktəb və pis məktəb deyə anlayış yoxdu. Hər birində təhsil alan bizim övladlarımızdır”.

Həyat Əliyeva MİQ-ə necə hazırlaşmasından danışıb.

"MİQ-ə informal formada hazırlaşdım.Mən başqalarını öyrətməyə qadirəmsə, demək birinci özümü öyrətməyi bacarmalıyam. Sadəcə onu deyim ki,ixtisasdan test işləmirəm. Kurikulumdan isə bəzi  materiallardan istifadə etmişəm. Müxtəlif mənbələrə müraciət etmişəm.

Şagirdlərin səviyyəsinə istəyinə uyğun olan bütün köhnə və yeni üsullardan istifadə etmək lazımdır”.

 Müsahibimiz əsl müəllimin necə olmasından söz açıb.

 "Müəllim işini, uşaqları sevən  olmalıdır. Arada şəffaf pərdə olmaqla dost, nümunə olmalısan. Əgər şagirdlərin gözündə özünə qarşı məhəbbət hiss edirsənsə,çətinlik çəksələrdə sənin dərsinə hazır olmaq cəhdlərini görürsənsə, demək müəllim olmağı bacarırsan. Bəzən uşaqlar müəllimə görə dərsi sevməyə başlayırlar.Şəxsən bu etirafları şaqird və tələbələrimdən eşidəndə uçmağa qanadım olmur.

MİQə-ə hazırlaşanlara demək istərdim ki,üzərlərində işləsinlər,dövlətimizin və TN-in yaratdığı şəraitdən istifadə edib öz məqsədlərinə çatsınlar. Hamısına uğurlar arzu edirəm”.

Gülnaz Muqumova MİQ-də Azərbaycan dili və ədəbiyyat üzrə bu ilki ən yüksək nəticə olan 59 balı toplayıb:

"1997-ci il 19 noyabrda Balakən rayonunda anadan olmuşam. Orta məktəbi Balakən rayon Nizami adına 1 saylı tam orta məktəbdə (bu il MİQ imtahanı verdiyim yer) oxumuşam. 2014-cü ildə qəbul imtahanı verərək 513 balla Azərbaycan Dillər Universitetinə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına üzrə qəbul olundum. 2018-ci ildə oranı bitirmişəm. Həmin il hazırlaşmadan, özümü yoxlamaq üçün MİQ imtahanı verdim və 42 bal topladım. Sonrakı il özüm hazırlaşaraq yenidən imtahan verdim və 52 bal topladım. Daimi şəkildə işə  qəbul ola bilmədim. Çünki rayonumuzda vakant yerin sayı az idi və 56 bal yığanlar var idi. Müqavilə mərhələsində Kürdəmir rayon Çöl-ərəb kənd ümumi orta məktəbinə qəbul oldum. Orada 1 il müqavilə ilə işlədim. Üçüncü dəfə yenidən özüm hazırlaşaraq bu il imtahan verdim və  59 bal topladım”.

Namizədimiz bu ilki MİQ-dən söz açıb:

"Bu il MİQ-dəki yenilikləri çox sevdim. Əsas da məntiq suallarının çıxarılması sevindirici oldu. Çünki onları cavablamaq mənim üçün həm çox vaxt itkisi idi, həm də çətin idi, həm də ixtisasıma uyğun deyildi. Düşünürəm ki, bu bir çox müəllim üçün yaxşı qərar idi. Səhv suallara baxmaq imkanının verilməsi çox gözəl addımdır. Bunun nəticəsində namizədlər səhvlərinə baxaraq hansı istiqamətdə zəif olduqlarını və ya diqqətsizlik etdiklərini müəyyənləşdirə bilərlər. Məsələn, mən yeganə səhvimi diqqətsizlik ucbatından etmişdim. Sualların səviyyəsi asan idi. Xüsusən də ədəbiyyat və metodika çox asan idi.

İmtahanda sanitar-epidemioloji qaydalara əməl edilmişdi. İmtahana girərkən bizim temperaturumuzu ölçdülər. Dezinfeksiyaedici maddələrdən istifadə etdik və əlcək verdilər. İmtahan boyu maskanı çıxarmağa icazə vermədilər”.

Müsahibimiz ideal müəllim obrazını necə gördüyündən söz açıb.

"Vakant yeri seçmək məsələsi imtahanlar bitdikdən sonra çıxar. Amma əvvəlcə ilk seçimim rayonum üzrə olacaq. Çünki burada doğulmuşam və buranı çox sevirəm. Amma birdən burada vakant yer verməsələr, yəqin ki, ya yaxın rayonlardan, ya da Bakıdan seçim edəcəm.

Müəllim olaraq gələcək fəaliyyətimdə əsas götürəcəyim şey şagirdlərimi daim öyrətmək, onları bir şəxsiyyət kimi yetişdirmək və kifayət qədər dünyagörüşlərini artırmaq olacaq. Çünki məktəblərdə hazırda yalnız elmi biliklərin verildiyini, amma dünyagörüşünün artırılmadığını, və ya şagirdlərin bir şəxsiyyət kimi yetişdirməyinin əsas götürülmədiyini görürəm.Bu boşluqları doldurmaq istəyirəm. Mən Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm deyə, yalnız bu fənni öyrətməli deyiləm, şagirdlərimə tariximiz, mədəniyyətimiz, dünyamız haqqında da məlumat verməli və düzgün tərbiyə etməliyəm ki, dünyagörüşlərini artıra bilim və şəxsiyyət kimi yetişdirim”.

Gülnaz Muqumova MİQ-ə necə hazırlaşmasından danışıb:

"MİQ-ə heç bir kursa, və ya hazırlığa getmədən özüm hazırlaşdım. Qarşıma məqsəd qoydum ki, mən bu il 55+ toplamalıyam. Və bunu bacarmaq üçün daim oxudum, öyrəndim. Zəif olduğum nöqtələri inkişaf etdirdim.

Hazırlaşanlara da məsləhət görərdim ki, daim çalışın, öyrənin. Öyrənməkdən, oxumaqdan bezməyin. Qarşınıza məqsəd qoyun və ona çatmaq üçün əlinizdən gələnin ən yaxşısını edin. Hər birinizə uğurlar və bol-bol müvəffəqiyyətlər arzu edirəm”.

Müsabiqədə  iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!
 

 





Загрузка...
Həmçinin oxuyun:
Müsabiqədən keçməyən müəllim:"Cavabımdan razı qaldıqları üz ifadələrindən bəlli idi"

Müsabiqədən keçməyən müəllim:"Cavabımdan razı qaldıqları üz ifadələrindən bəlli idi"

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

İlqar Orucov: MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları təmin ediləcək

İlqar Orucov: MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları təmin ediləcək

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

Müəllim olmaq istəyənlər prezidentə müraciət etməyə hazırlaşır

Müəllim olmaq istəyənlər prezidentə müraciət etməyə hazırlaşır

MİQ-in müsahibə mərhələsindən nümunələr...“Mən bilmədiyimi etiraf etmərəm. Şagirdimi başqa sözlə aldadaram”

MİQ-in müsahibə mərhələsindən nümunələr...“Mən bilmədiyimi etiraf etmərəm. Şagirdimi başqa sözlə aldadaram”

9 namizəd MİQ müsabiqəsinin test imtahan mərhələsindən kənarlaşdırıldı

9 namizəd MİQ müsabiqəsinin test imtahan mərhələsindən kənarlaşdırıldı

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi  nə zaman başlayacaq?

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi nə zaman başlayacaq?

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Müəllimlərin qarşılıqlı yerdəyişməsinin qaydaları hazırlanır - Proses nə zaman başlanır?

Müəllimlərin qarşılıqlı yerdəyişməsinin qaydaları hazırlanır - Proses nə zaman başlanır?

MİQ  üzrə müsabiqəyə  sənəd qəbulu başa çatdı

MİQ üzrə müsabiqəyə sənəd qəbulu başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

MİQ üçün qeydiyyat sabah başa çatacaq

MİQ üçün qeydiyyat sabah başa çatacaq

MİQ imtahanlarında müəllimlərin ən çox üzləşdiyi problem: “Vakansiya verilir, sonra “yoxa çıxır”

MİQ imtahanlarında müəllimlərin ən çox üzləşdiyi problem: “Vakansiya verilir, sonra “yoxa çıxır”

MİQ-da gizlədilən vakansiyalara ekspertin fikri.."Bakı üçün vakansiya olduqca azdır"

MİQ-da gizlədilən vakansiyalara ekspertin fikri.."Bakı üçün vakansiya olduqca azdır"

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Bu gün MİQ üzrə vakansiya seçimi başa çatır

Bu gün MİQ üzrə vakansiya seçimi başa çatır