AzTehsil.com


Xəbərlər / Ekspert
13 may 2020
1 096


Nadir Israfilov:”Təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsinin…”



 

Hər dəfə yay tətili yaxınlaşanda, xüsusilə də təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsin daha da aktuallaşdığı indiki bir dövrdə,  yay aylarında hansı dəstəkləyici amillərdən istifadə edəcəyimiz, yeni reallıqlara uyğun hansı addımları atacağmız barədə düşündüyümüz  bir zamanda istər- istəməz  yadıma gənclik illərimdə 3 il ardıcıl olaraq düşərgə rəisi işləməyim düşür. Çünki, bu kimi düşərgələrdə təkcə o dövrün uşaqları deyil, mən özüm də böyük həyat məktəbi keçmişəm, uşaqlarla necə müştərək ünsiyyət yaratmağı, sərbəstlik mühitində necə davranmağı, uşaq psixologiyasının nədən ibarət olduğunu məyyənləşdirməyii, müəllim-şagird münasibətlərini necə qurmağı öyrənmişəm.

Ali məktəbi yenicə bitirib, kənd məktəblərinin birinə təyinat almışdım. Məktəbimiz rayonun o zamanlar "sovxoz” adlandırılan ən böyük təsərrüfatlarının birinin ərazisində yerləşirdi. O illər bol məhsulu yığıb-yığışdırmaq üçün payız aylarında kənd əməkçilərinə kömək məqsədilə məktəblilər də yığım prosesinə cəlb olunurdu. Günümüzün böyük hissəsi demək olar ki, əsasən sahələrdə keşirdi. Qısa müddətdə rayonun ictimai fəallarından birinə çevrilmiş, bir sıra təşkilatlara üzv seçilmişdim. Dairədə və rayonda kifayət qədər tanınırdım.

Növbəti il, dərs ilinin sonuna yaxın məni Sovxozun İdarə heyyətinin iclasına dəvət edib, həmin təsərrüfatın balansında olan pioner düşərgəsinə rəis göndərilməyimin qərara alındığı və bunun artıq rayonun müvafiq qurumları ilə də razılaşdırıldığı barədə məlumatlandırdılar. O vaxtlar hər hansı bir təyinat zamanı sənin şəxsi fikrinin o qədər də önəm daşımadığını yaxşı bildiyimdən razılaşmalı oldum. Düşərgə Nabranda dəniz sahilindən kiçik məsafə aralıqda, meşənin içərisində yerləşib, əsas korpusdan və 30-a qədər taxta evciklərdən ibarət olub, ilk kosmonavt Qaqarinin adını daşıyırdı.

İlk tanışlığımdan öyrəndiyim o oldu ki,  hər növbədə 150 uşağın dincəlməsi nəzərdə tutulan düşərgəyə xidmət üçün 25 nəfərdən ibarət işçi heyyəti nəzərdə tutulub. Bu heyyətə rəis – yəni mən, rəis müavini, təsərrüfat müdiri, baş tərbiyəçi, tərbiyəçilər, dəstə rəhbərləri, musiqi rəhbəri, idman rəhbəri, baş həkim, tibbi personal və mühasibatlıq daxil idi. Düşərgəni gündəlik ərzaqla əsasən Nabranda yerləşən "Kurorttorq” adlı iaşə xidməti obyekti təchiz edirdi. Sovxoz da mütamadi meyvə-tərəvəz və süd məhsulları göndərirdi.

Bu kimi düşərgələr böyüklər və xüsusilə də uşaqlar üçün nə idi…? Hər şeydən əvvəl sağlamlıq, mənalı və səmərəli istirahət, yay müddətində asudə vaxtın  təşkili. Böyüklər üçün daimi ış yerləri qorunub saxlanılmaqla, əlavə əmək haqqı imkanları. Sosiallaşma baxımından əvəzolunmaz şərait, valideynlər üçün uşaqlarındana görə arxayınçılıq. Düşərgələrin uşaqların təlim-tərbiyəsi, zərərli vərdişlərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar.

Məlumdur ki, uzun müddətli gərginlikdən sonra istirahətlə yanaşı kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar, daha nələr, nələr… Eyni zamanda bu düşərgələr, bir növ hərbi xidmətə hazrlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi. Uşaqların şeypurun səsi ilə vaxtında yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Tonqallar, məşəllər, Bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi.

Bir çox iri müəssisələrin və təşkilatların olduğu kimi yerli təhsil şöbələrinin də belə düşərgələri var idi. 80-ci illərin sonu, 90-ci illərin əvvəllərində rəhbərlik etdiyim Bakı şəhəri Nəsimi rayon Təhsil şöbəsinin düşərgəsi Nabranda yerləşirdi. Təhsil müəssisələrinə məxsus digər belə düşərgələr Qubada, Şüvalanda və Respublikanın digər füsünkar guşələrində "Qərənfil”, "Qağayı”, "Cırtdan” və digər adlarla  fəaliyyət göstərirdi. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Bildiyim qədər o illərdə 50-dən çox uşaqların yay düşərgəsi, istirahət ocağı olub. Onlardan 16-sı Xəzər sahillərində, 5-i hazırda işğal olunmuş torpaqlarda, digərləri isə bölgələrdə fəaliyyət göstərirdi.

2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra belə düşərgələrin təşkili bu dövlət qurumlarının balansından da çıxarıldı. Ali təhsil ocaqları üçün demək olar ki, bu məsələ həll olunub. Universitetlərin özlərinin ayır-ayrı bölgələrdə yay istirahət mərkəzləri var. Məsəl ilə bağlı bir müddət həmkarlar konfederasiyası, sonra isə Mədəniyyət və Turizm Nazirliyi belə bir məsələ qaldırıb. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı barədə də xəbərlər də yayılmışdı.

Hətta, Qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında "Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, "Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, ” Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu.

Ancaq hələlik ortada bir mexanizmi yoxdur, təşəbbüs kimi qalır. Hətta bu işin özəl şirkətlərə həvalə edilməsi təklif olunur. Lakin özəl şirkətlərinin bunu nə dərəcədə həyata keçirə biləcəyi sual doğurur. Mövcud olan düşərgələrin qiymətləri isə əhalinin geniş təbəqəsi üçün kifayət qədər əlçatan deyil. Uşaqlar bizim gələcəyimizdir, gələcəyi isə qorumaq borcumuzdur. Uşaq uşaqlıq həyatın yaşamalıdır və uşaq kimi böyümədir.  Demək olar ki, şagirdlər yay görmür, asudə vaxt tapan kimi kompüter salonlarına gedib müxtəlif oyunlar oynamaqla özlərinə təsəlli tapırlar.Təbii ki, bu da onların sağlamlığına və tərbiyəsinə təsirsiz ötüşmür.  Məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir.

Ölkədə hələ 1998-ci ildə qəbul olunmuş "Uşaqların hüquqları haqqında” qanunun 25-ci maddədə qeyd olunur: "Hər bir uşağın istirahət və asudə vaxtından istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısının alan tədbirlər görməlidir. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəsisələrin, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır, inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir.”



Загрузка...
Həmçinin oxuyun:
Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

İstirahətin və asudə vaxtın təşkili.

İstirahətin və asudə vaxtın təşkili.

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

Tətildə uşaqlar nə qədər dərs öyrənməlidirlər?

Tətildə uşaqlar nə qədər dərs öyrənməlidirlər?

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Təhsil naziri bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlayıb

Təhsil naziri bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

6 Mart- İlk Uşaq Bağçası Günü

6 Mart- İlk Uşaq Bağçası Günü

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ