AzTehsil.com


Xəbərlər / Ekspert
08 fevral 2020
2 515


“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.



 

Bir ara fasilədən sonra "Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Məktəbli formasi ilə baglı bəzi məqamlara aydınlıq gətirmək, bu məqsədlə dünya təcrübəsində məsələnin qoyuluşuna nəzər salmaq üçün kiçik bir araşdırrma apardıq. Məlum olur ki, şagirdlərin ümumiyyətlə standart formaya ehtiyacı olub, olmaması ilə bağlı fərqli fikirlər var. Əsas fikirlər və onları dəstəkləyən dəlillər heç də bütün ölkələrdə, bütün hallarda və bütünlüklə bir mənalı deyil.
Yanaşmalar:
Məktəbli formasının tətbiq edildiyi ən böyük Avropa ölkəsi Böyük Britaniyadır. İngiltərədə məktəbli forması hamı üçün mütləqdir. Dövlət məktəblərinin əksəriyyətində forma eyni, özəl məktəblərdə isə fərqlidir. Hindistan, İrlandiya, Avstraliya, Sinqapur, Cənubi Afrika, Kipr və Hong Kong kimi keçmiş müstəmləkələrinin bir çoxunda, müstəqillik qazanıdıqdan sonra belə, forma ləğv edilməyib.

Fransada vahid məktəbli forması hələ 1927-1968-ci illərdən mövcud idi. Polşada isə – 1988-ci ilə qədər. Belçikada məktəbli geyimləri yalnız bəzi Katolik məktəblərində, həm də İngilislər tərəfindən qurulan özəl məktəblərdə mövcuddur. Tünd mavi rəngdə şalvar və ətəklər, ağ və ya mavi köynək, qalstuk tipik forma sayılır.
Almaniyada vahid məktəbli forması yoxdur, baxmayaraq ki, onun tətbiqi ilə bağlı debatlar davam edir. Düzdür, bəzi məktəblərdə forma hesab edilməyən vahid məktəb geyimləri tətbiq olunur, çünki şagirdlər onun dizaynının formalaşmasında iştirak edə bilərlər. Xarakterik olan odur ki, hətta Üçüncü Reyx zamanında belə məktəblilərin vahid forması yox idi – şagirdlər "hitleryuqend” adlanan gündəlik geyimlərdə və ya digər uşaq ictimai təşkilatlarına məxsus formalarda dərslərə davam edirdilər.


ABŞ və Kanadada bir çox özəl məktəblərdə məktəbli geyimləri var. Bəzi məktəblərdə paltar geyinmə qaydaları (İngilis "dress code” – geyim kodu) tətbiq olunsa da, dövlət məktəblərində vahid forma yoxdur. Kubada isə məktəblərdəki şagirdlər və universitetlərdəki bütün tələbələr üçün forma məcburidir.
Çində bütün orta, eləcə də bəzi ibtidai məktəblərdə məktəbli forması tələb olunur. Forma adətən, beş cür olur: iki formal və 3 gündəlik dəst. Hər bir formal dəst yay, qış, bazar ertəsi və ya xüsusi tədbirlərdə geyinilir. Qızlar üçün yay geyimi ağ qısaqol köynək, yubka, qış üçün sviterdən, oğlanlar üçün isə hər iki fəsilə uyğun kostyumdan ibarətdir.
Yaponiyanın əksər orta və yuxarı sinifləri üçün də məktəbli geyimləri məcburi sayılır. Hər məktəbin özünəməxsus variantı var, amma əslində seçim o qədər də çox deyil. Adətən bu, oğlanlar üçün ağ köynək, tünd şalvar və pencək , qızlar üçün ağ köynək, tünd ətək və ya dənizçi fuku – "dənizçi kostyumu”. Adətən böyük bir çanta və ya portfel də formaya əlavə edilir. İbtidai məktəb uşaqları bir qayda olaraq, adi uşaq geyimlərindən – oğlanlar qara gödəkçələr və qızlar 19-cu əsrin əvvəllərindəki ingilis hərbi- dəniz mundirinin bənzəri olan"matroska” adlanan geyim nümunələrindən istifadə edirlər.

Rusiyada məktəbli geyimləri üçün standart müəyyən edilməmişdir və bəzi deputatların təkliflərinə baxmayaraq, təhsil naziri Olga Vasilyeva bunu zəruri hesab etmir. Rus məktəblərinin əksəriyyətində şagirdlər onsuz da dərsə məktəbli formasında gəlirlər və hər bir təhsil müəssisəsi öz yetirmələrini necə geyindirməyi yaxşı bilir və bunu müstəqil şəkildə müəyyənləşdirdiyindən, valideynlər və müəllimlər üçün əlavə problem yaranmır. 1994 -2013-ci illərdə Sovet dövrü zamanı məcburi olan vahid forma ləğv edilmiş və indi hər bir məktəb öz xüsusi formasını seçə bilər.

Türkiyədə məktəbli formalarının uzun tarixi var. Məktəbli forması bütün dövlət və özəl müəssisələrdə istifadə olunur. Bir sıra istisnalar var. Orta və ali məktəblərdə oğlanlar ağ köynək, pencək və qalstuk, tünd boz rəngli şalvar geyinir. İbtidai siniflərdə mavi forma istifadə olunur. Qızlar oğlanların geyimi rəngdə köynəklər və yubka geyinir, qalstuk taxırlar. Özəl müəssisələrin öz forması var. Məktəbli formasının ləğvi Türkiyədə çox müzakirə mövzusu olub. Bu fikri dəstəkləməyənlər, xüsusilə ciddi gəlir boşluğu olduqda sinfi fərqlərin daha aydın görsənəcəyini iddia edirlər. Formanın ləğvi təhsilin keyfiyyətinin və nizam-intizam problemlərinin azalmasına səbəb olacağını da iddia edirlər.

Digər tərəfdən, formaların ləğvi tərəfdarlarının bəziləri məktəbli formasının olmasını militarist zehniyyətin təzahürü kimi səciyyələndirirlər. Forma əleyhdarları üçün o da açıq fakt olaraq qalır ki, rahat geyim şagirdlərin sinifdə özlərini daha komfort şəraitdə hiss etmələrini təmin edə bilər.
Mülahizələr:
Məktəblilərin ümumiyyətlə standart formaya ehtiyacı olub, olmaması ilə bağlı fərqli fikirlər var. Əsas fikirlər və onları dəstəkləyən dəlillər əsasən aşağıdakı kimidir.
Məktəbli forması, hər hansı bir forma kimi, nizam-intizama səbəb olur, şagirdlərdə cəmiyyət, kollektivçilik, ümumi iş və ümumi məqsədlər naminə hisslərin formalaşmasına kömək edir.
Forma şagirdlərin və onların valideynlərinin geyim üzrə rəqabət imkanlarını istisna edir, ən azı məhdudlaşdırır, "imkanlı” –" imkansız”ailələr prinsipinə görə təbəqələşmənin qarşısını alır, sosial bərabərsizliyin fərqini əhəmiyyətli dərəcədə azaldır.
Formalar üçün vahid standart, dövlət səviyyəsində qəbul edilərsə, məktəblilərin geyimlərinin sanitariya-gigiyena tələblərinə cavab verəcəyi və sağlamlıqlarına mənfi təsir göstərməyəcəyinə zəmanət verilir.
Vahid bir forma varsa, onun istehsalına məqsədyönlü şəkildə subsidiya verilə bilər, aşağı qiymətləri qoruyub saxlaya bilər və yoxsul ailələrdən olan uşaqların təhsili xərclərinin bir hissəsini çıxara bilər.
Forma – təlim və tərbiyənin səviyyəsiniyüksəldən, məktəb qarşısında şagirdin məsuliyyət və cavabdehliyini artıran bir elementdir.
Əks arqumentlər isə ondan ibarətdir ki,Uşaq Hüquqları Konvensiyasına əsasən, hər bir uşağın fərdiliyini istədiyi kimi ifadə etmək hüququ vardır. Məktəb forması fərdin ifadə azadlığını məhdudlaşdırır, məktəb şagirdlərinin fərdilikdən kənarlaşdırılması vasitəsinə çevrilə bilər.
Qiymətlərin hamı üçün əlçatanlığı əsasında təklif olunan formanın keyfiyyəti, kifayət qədər təminatlı ailənin tələblərinə uyğun olmaya bilər.
Bununla belə əksəriyyət hesab edir ki, məktəb, hərənin bir cür fərqlənmək istədiyi məkan deyil, maddi vəziyyəti ilə öyünmək, seçilmək və” kim nə istəyir "kimi geyinmək yeri də deyil. Yaxşısı və başlıcası odur ki, təki onların tədrisdən, təlim-tərbiyə prosesindən yayınmasına səbəb olmasın. Üstəlik şagirdlər məktəbli formasında daha müasir və dəbli görünürlər.
Problemin müsbət və mənfi cəhətlərini nəzərə alaraq, Avropanın bir sıra ölkələrinin məktəblərində"Sərbəst Cümə” (Casual Friday) deyilən bir gün var. Həmin cümə günü şagirdlərə sərbəst bir tərzdə, onlar üçün rahat sayıla biləcək stildə məktəbə gəlməyə icazə verilir. Bununla belə, bunun vacib olmaması barədə mülahizə söyləyənlər də var.

O da məlumdur ki, Rusiya prezidenti yanında İnsan Haqları Şurası məktəblərdə hicabla bağlı qanunun qəbul edilməsini təklif edib. Prezident Vladimir Putin də eynilə Ümumrusiya aktivlərinin nümayəndələri ilə görüşü zamanı koalisiyanın bazası əsasında Ümumrusiya ictimai təşkilatı yaratmağı təklif edib. Dövlət başçısı habelə bir başa senator seçkilərinin tətbiqi, vahid nümunəli məktəbli formasının hazırlanması və ümumtəhsil ocaqlarında hicab geyinilməsi barədə də danışıb.

Ardı var…

Nadir İsrafilov,təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
Digər ölkələrdə məktəblilər necə geyinir?

Digər ölkələrdə məktəblilər necə geyinir?

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır

Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Maraqlı təhsil sistem.

Maraqlı təhsil sistem.

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb