"Qərbi Azərbaycana qayıdış”mövzusunda konfrans keçirilib
Sumqayıt Dövlət Universitetində “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış”mövzusunda konfrans keçirilib.
AzTehsil.com xəbər verir ki, aprelin 9-da Sumqayıt Dövlət Universitetində (SDU) “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfrans keçirilib. Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqalar Şurasının sədri Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.