ADNSU-da “Mədən sənayesində qadınların rolunun artırılması”mövzusunda seminar keçirilib
ADNSU-da “Mədən sənayesində qadınların rolunun artırılması”mövzusunda seminar keçirilib
AzTehsil.com xəbər verir ki, martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin “TETHYS” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqamlarından biri İstanbul Texniki Universitetinin Mədən fakültəsi və ADNSU arasında akademik əməkdaşlığın gücləndirilməsi, ortaq tədqiqat layihələri və tələbə mübadilə proqramlarının genişləndirilməsi müzakirə olunub. Həmçinin, məsuliyyətli resurs təminatının vacibliyi, sektorun geosiyasi dəyişiklikləri, sənaye ekspertlərini və siyasətçiləri bir araya gələrək mədənçilik sahəsində regional əməkdaşlığın gücləndirilməsi və kritik xammala olan qlobal tələbatın artdığı bir dövrdə, təhlükəsiz, dayanıqlı təchizat zəncirinin təmin edilməsi barədə fikrilər səsləndirib, müzakirə aparıblar.