Bağçada işləyənlərin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib
Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırma qaydasında düzəliş edilmişdir.
AzTehsil.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklərlə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin yerli bölmələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi də altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin müəyyən edilmiş vaxtda sertifikatlaşdırılması təmin ediləcək.