Bağça və məktəblərə işə qəbul üçün qeydiyyatı davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir.
AzTehsil.com xəbər verir ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 18 mart - 06 aprel 2025-ci il tarixlərində qeydiyyatdan keçə bilərlər.