Müəllim şagirddən bunları tələb etməməlidir - Siyahı
Yeni tədris metodlarınn tətbiqi müəllimlərdən şagirdlərə müasir yanaşma tərzi tələb edir. Amma şagirdlərdən gözləntilərində ədalətsizliyə yol verən müəllimlərə də rast gəlinir.
Aztehsil.com müəllimlərin şagirdlərdən tələb etməməli olduğu 4 hərəkəti təqdim edir:
Səssizlik
Əksər məktəblərdə şagirdlərdən dəhlizdə gəzərkən səssiz olmaq, sakitliyə riayət etmək tələb olunur. Bəziləri isə bu səs – küyün siniflərdə dərs oxuyan digər məktəbliləri narahat etdiyini söyləyirlər.
Əslində isə şagirdləri narahat edən əsas şey müəllimlərin bu ifadəsidir. Müəllim bunu həqiqətən şagirdlərin yaxşılığı, yoxsa özündəki hakimiyyət hərisliyi üçün etdiyinə qərar verməlidir.
Uzun müddət hərəkətsiz oturmaq
Hərəkətsizlik xüsusilə də azyaşlı şagirdlər üçün çox təhlükəlidir. Bu təhlükəni aradan qaldırmaq üçün xüsusi metodlar mövcuddur:
-Şagirdlərin hərəkət edərək öyrənmələrinə şərair yaradın;
-Onların dərs arası rəqs etmələrinə belə imkan verin. Bu, həm də məktəbliləri komplekslərdən xilas edəcək;
-Şagirdlərin əl qaldırıb icazə almadan dərsdə ayağa qalxmalarına icazə verin. Şagird sinif yoldaşından qələm almaq üçün belə icazə alırsa, bu, müəllimin yanlışıdır.
-Bacardığınız qədər az danışın. Bu tələb şagirdlərin yaşından asılı olaraq dəyişə də bilər. İbtidai sinif şagirdinin dinləmə etalonu 5, yuxarı sinif şagirdlərinin isə 15 dəqiqədir. Deyəcəklərinizi şagirdlərlə kiçik qruplar şəklində oynayacağınız oyun vaxtına saxlayın.
Şagirddən üzr istəməsini tələb etməyin
Bəzən müəllimlər şagirdlər arasındakı kiçik konfliktə müdaxilə edir və tərəflərdən birinin digərindən üzr istəməsini tələb edirlər. Bu şəkildə barışığın onların psixologiyasına vurduğu zərbədən isə xəbərsizdirlər.
Unutmayın, şagirdlərin dilindən güclə qoparılan üzrlər gerçək peşmanlıq simvolu deyil.
Unutqanlığı xoş qarşılayın
Bəzən müəllim bir şagirdin unutrqanlığına yoldaşlarının qarşısındaca sərt reaksiya verir. Unutmayın, uşaqlar ola bildikləri kimidirlər.
Müəllim şagirddən tələb etdikləri barədə yaxşı düşünməlidir. O anlamalıdır ki, şagirdin daha çox hərəkət etməsi, dünyanı rəngli görə bilməsi üçün sərbəst olması vacib şərtdir. Səssiz divarlar arxasında yaradıcı ruh yetişdirmək mümkün deyil.