AzTehsil.com


Xəbərlər / Sinif rəhbəri / Təşkilat işləri üzrə dr/müavini / Müəllim / Ekspert / Məktəb Güşəsi
12 aprel 2018
7 370


SİNİF RƏHBƏRLİYİ VƏ İNTİZAM



SİNİF RƏHBƏRLİYİ VƏ İNTİZAM

 

Sinif rəhbərliyi və intizamla əlaqədar problemlərə   yanaşma, bu anlayışların necə qəbul edilməsi ilə bağlıdır.Bu səbəblə anlayışların düzgün təyin olunması və başa düşülməsi lazımdır. İdarəetmə rolunun, akademik və ictimai məqsədlərin həyata keçirilməsini təmin etmək üçün uyğun şərtlərin və mühitin   yaradılması  vacibdir.Sinif rəhbərliyinə, sinifdə öyrənməyə uyğun bir mühitin yaradılması, fiziki tənzimləmələri, təhsilin prosesinin təşkil olunması və ona  rəhbərliyini, sinif kollektivində münasibətlərin müəyyən qaydalar çərçivəsində təşkili , ünsiyyətin təşkil və şagird təhsil almağa  motivasiya  edilməsinin  təmin edilməsi daxildir.

Sinifin idarəedilməsi sinif kollektivini düzgün quran və öyrədici bir tədris mühitini yaradan müəllimin davranışları və sinif təşkilatçılığının aktivliyi ilə ölçülür.
İntizam isə mühitin düzgün və etibarlı, yaxud da tədrisə mane olan şagirdlərin davranışlarına müəllimin göstərdiyi münasibətdir.
İdarəetmə və intizam anlayışlarının bir-biri ilə xüsusi bir bağlılığı vardır. Ancaq bu bağlılıq müəllim və idarəedicilərin idarəetmə metodları ilə əlaqədardır.

Bir müəllim sinifin idarəedilməsində təzyiqə istiqamətlənə bilər və çox asan bir yolla intizam məsələlərini həll edə bilər.
Burada müəllim   "rəhbər”dir və vacib olan itaətin olmasıdır.

Sinifin idarə edilməsində təzyiqə söykənən nəzarətin tam əksinə, müəllimin rəhbər olaraq   şagirdlərin dərsi daha yaxşı qavraması üçün mühitin təşkilindən, təşkilatçılığından asılı olan bir idarəetmə anlayışı mənimsənilməlidir. Burada isə vacib olan məsuliyyətdir: şagirdlərdə məsuliyyət anlayışının və fikrinin formalaşdırılmasıdır.

Şagirdlərdən itaət gözləyən təcrübəli müəllim sinifdə nə edəcəyini və necə edəcəyini özü bilir. Müəllim şagirdə görə uyğunlaşdırma və tənzimləmə eləməz. şagird müəllimə görə vəziyyətə uyğunlaşmaq məcburiyyətindədir.Fərqli vəziyyətlərə uyğunlaşmalarda çətinlik çəkən  və ya uyğunlaşmağı rədd edən şagirdlər problemlidir. Müəllim şagirdə nə ediləcəyini göstərməkdən çox, nə ediləcəyini deyər. Daha yaxşı necə ediləcəyini şagirdlərlə mübahisə etməz.
 
Şagirdləri qiymətləndirməyə çox vaxt ayırmaz, müəllim  hər hansı nüansı incələyər və qeydlər verər.

 Qısacası müəllim sinifdə mövzu ilə bağlı böyük bir əmək  sərf edər və  bu əmək səmərəli nəticə vermiyə bilər. Şagird mövzu üzərində işləmək istəmirsə, müəllim məcbur olaraq işlədər. Eləmirsə: həll olaraq əsasən məcburiyyət, təzyiq, hətta fiziki və psixoliji təzyiq və çox vaxt ailəyə və ya məktəb rəhbərliyini də bu təzyiqə  qoşaraq şagirdin mütləq deyilənlərə əməl etməsinə gətirib çıxara bilər. 

Peşəkar müəllimlər şagirdlərə qaydalara əməl etməyi ,onlarda öz məsüliyyətini dərk etməyi öyrədirlər.  

Məsuliyyət yaratmağı özünə hədəf bilən, özünə şüar bilən müəllimlər isə şagirdlərə sinifdə qərar verməyi və bu qərarın nəticəsi olaraq seçiminin  məsuliyyətini dərkl etməyi öyrədirlər. 

Şagird qaydaları öyrənməkdən əlavə, qaydaların reallığını və nəticələrini də öyrənər. Qaydaya riayət etməyin bir xüsusi xəbərdarlığı varsa, bu xüsusi xəbərdarlığın da xüsusi bir səbəbinin olması lazımdır. Hətta şagird qaydaların müəyyən olunmasında öz köməkliyini göstərərək, sinifdə öyrənməyə uyğun bir şəraitin yaranmasındaiştirak edərsə o, öz məsuliyyətini daha yaxşı başa düşər. Belə bir şəraiti görən müəllim şagirdə öz hərəkətlərini idarə edə bilməsi   üçün mühit yaratmağı bacarmalıdır.

Məsuliyyət anlayışı ilə sinfi idarə edən və nizam-intizamı təmin edə bilən bir müəllim, şagirdlərin  nə edəcəyini və tapşırıqların hansı şərtlərlə tamamlanacağı mövzusunda şagirdlərin də rolunu müəyyən  edər. Şagird müəllimin  onu necə qiymətləndirəcəyi ilə bağlı bir həyəcan keçirtməz. Çünki müəllim şagirddən gözlədiklərini bir nümunə olaraq yaşadar və göstərər. Müəllim şagirdlərdən öz tapşırıqlarının qiymətləndirilməsində iştirak etməklərini istəyər və şagirdləri dinləyər. Müəllim şagirdlərin dərsi öyrənməsini asanlaşdırır və bunu edərkən heç bir şagirdə təzyiq göstərməz və məcbur etməz. Şagird öz uğurunun və davranışlarının məsuliyyətini başa düşərək, uğurununun öz cəhdləri nəticəsində əldə olduğuna inanır. 

                            Sinif rəhbərinin fəaliyyətinin 2 əsas istiqaməti var:

birincisi, sinifdə şagirdlərin motivasiyasını artıracaq bir şəraitin və etibarlı  bir mühitin yaradılması,
 
ikincisi isə şagirdlərdə məsuliyyəti inkişaf etdirmək və şagirdlərə özünüdərk hissini aşılamaq və öz davranışlarını düzəldə bilməsini öyrətməkdir.
 
Sinif rəhbərliyi şagirdlərə təzyiq və zorla yox, şagirdlərə öz öyrənmə mühitlərini ( təhsillənmə bacarığı da demək olar) və öz davranışlarını yoxlamağı öyrətməkdir. Sinif rəhbəri şagirdlərin məsuliyyət düşüncələrinin genişləndirilməsində, özlərini dəyərləndirilməsində istiqamətverici bir vasitə olmağı bacarmalıdır.

  Sinif rəhbəri özünü şagirdlərin öz hərəkətlərini nəzarətetmə qabiliyyətlərinin inkişaf etdirilməsinin bir vasitəsi olaraq görməyi bacarmalıdır.. Müəllim olaraq məqsədimiz şagirdlərə itaəti öyrətmək deyil, öz davranışlarına nəzarət etmələrini və məsuliyyətli olmalarını izah etməkdir. 
 
Azərbaycan Respublikasının Təhsil Qanununun  4-cu maddəsinin 1-ci bəndində deyilir : "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək" təhsilin əsas məqsədlərindən biridir. 
 
  Sinifdə sinif rəhbəri tərəfindən yaradılan ,qorunan və idarə olunan intizam qaydalarının mövcudluğu, təhsilin istiqaməti, müəllim- şagird münasibətləri, şagird motivasiyası, sinifdə düzgün olmayan hərəkətlərin qarşısının alınması, məktəbdə şagirdlərarası mübahisələrin həllində müxtəlif çıxış yollarının tətbiqi, valideynlərlə münasibətlərin düzəldilməsi və şagird intizamı işlərinin aparılması və s. kimi bir çox nizam-intizam qaydalarını əlaqələndirir. 

 Elşən Qafarov




Загрузка...
Həmçinin oxuyun:
Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”