AzTehsil.com

Manşet / Bölgə / Şagird / Valideyn / Direktor / Müəllim
05 aprel 2025
599

"Şərəf lövhəsi"ndə övladının şəkli olsun deyə rüşvət verən VALİDEYNLƏR




"Şərəf lövhəsi"ndə övladının şəkli olsun deyə rüşvət verən VALİDEYNLƏR...

Məktəblər təkcə bilik öyrədən müəssisələr deyil, həm də uşaqların sosial, intellektual və psixoloji inkişafına birbaşa təsir göstərən təhsil ocaqlarıdır. Burada formalaşan dəyərlər, düşüncə tərzi və sosial bacarıqlar onların gələcək həyatına və cəmiyyətə inteqrasiyasına təsir edir. Tədris proqramları, müəllimlərin yanaşması, sinif mühiti və məktəb qaydaları uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Azərbaycan təhsil sistemi rəqabətyönümlü forma üzərində dayandığından bir çox hallarda şagirdlər arasında münasibətdə balansın pozulduğunun şahidi olmaq mümkündür. Təhsil ocaqlarında illərdir qalan "Şərəf lövhələri" də buna misal ola bilər.


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Elmin Nuri qeyd edib ki, məktəblərdə bir çox məsələlər dünyanın çağdaş təhsil yanaşmalarına uyğun yenilənməlidir. Onlardan biri də, "Şərəf lövhəsi" və bunun fonunda şagirdlərin qiymətləndirilməsi, fərqləndirilməsi məsələsidir. Təbii ki, bir müəssisə daxilində, kollektiv arasında, tədris ocağında uğurların fərqləndirilməsi və bunun müsbət bir nümunə olaraq, şagirdlərə çatdırılması yaxşıdır:


"Bu proses sağlam rəqabət mühiti, xoşməramlılıq prinsipi yarada bilər. Bunun hesabına, özünə hədəf qoyan və həmin hədəfə çatan, sonra özünə bir nümunə kimi şəxslərin uğurlarını qabaqlayan insanlar olub. Bunu danmaq olmaz. Lakin, məsələ nisbətən fərqli formatda aparılmalıdır. 


Şərəf lövhəsi müəyyən hallarda, yaxşıdır. Amma bəzi nüanslarda qənaətbəxş deyil. Bu şagird psixologiyası, həmin psixologiyanın tədrisə yansıması, fokuslanması, yeniyetmə həssaslığı ilə bağlı, o qədər də adekvat deyil. Biz hələ digər, məsələlərdən danışmırıq. 


Bəzən qarşımıza çıxır ki, Şərəf lövhəsinə görə, valideynlər əlavə pul alırlar. Burada qeyri-şəffaflığa yol verilir. Bu məsələnin ayrı istiqamətidir. Şərəf lövhəsi stimullaşdırıcı məsələ deyil. Bu həm də, bəzi uşaqlar üçün, şüuraltı, psixoloji təzyiqdir". 


"Şərəf lövhələrinin" məktəbdaxili qiymətləndirmənin əksi olduğunu vurğulayan E. Nuri vurğulayıb ki, nisbətən zəif şagird hər dəfə, "Şərəf lövhəsi"ndəki şagirdlərə baxanda, onun şüuraltına “ Mən bunu bacarmayacağam” indeksi yüklənəcək. Məsələnin görünməyən tərəfləri çoxdur. 


"Biz hər bir şagirdin uğurunu, onun şəxsiyyətyönümünün formalaşmasında görməliyik, lakin məktəblərimiz təhsilin əsas işi şəxsiyyətyönümlü inkişafa cəhddən çox onu qiymətləndirməyə maraqlıdır.  Hazırda, bu istiqamətdə, qoruma olmalıdır. Bu gün adı Şərəf lövhəsində olmayan, lakin gələcək, əmək bazarı, insan resursu və kapitalı  üçün o qədər uğurlu şəxslər var ki, biz bu lövhəni şüuraltı impuls ilə “Mən güclüyəm, sən məndən zəifsən!”  adı altında bunları itirə bilərik. Qiymətləndirmə mexanizminə görə, qurulan Şərəf lövhəsindənsə, xüsusi uğurlarına ,bacarıqlarına və hədəf olaraq, müəyyənləşdirilmə imkanlarına görə, lövhə qurulmalıdır.  Məsələn, bir şagird həmin məktəbdə oxuyur. O, beynəlxalq riyaziyyat olimpiadasında uğur qazanıb. Həmin şagirdin digər fənnlərdən aldığı qiymətlərdən asılı olmayaraq, onun şəkli Şərəf lövhəsinə vurulmalıdır və səbəbi də yazılmalıdır. Digər bir şagird “Start up” layihəsində varsa, onun adı layihə ilə birlikdə şəkli lövhəyə qoyulmalıdır. Başqa bir şagird tamam ayrı şəkildə, vokal imkanlarına görə, orada yer almalıdır.  Bu sadəcə, təklifdir. Və yaxud da, 10 yaşlı bir şagird bir neçə dildə səlis danışırsa və ya proqramlar hazırlayırsa bu onun adının lövhədə olmasına səbəb yaradır" - deyə ekspert qeyd edib. 



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Cəmiyyətin  intellektual potensialının formalaşmasında  mühüm komponent

Cəmiyyətin intellektual potensialının formalaşmasında mühüm komponent

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir