“Gələcəyin Mühəndisləri” Təqaüd Proqramına 224 tələbə qəbul olub
“Gələcəyin Mühəndisləri” Təqaüd Proqramına 224 tələbə qəbul oldu!
AzTehsil.com xəbər verir ki, Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil edilən “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramına 500-dən çox müraciət daxil olub. 7 mühəndislik ixtisası üzrə aparılan seçimlər nəticəsində 224 tələbə proqramda iştirak hüququ qazanıb.
Tələbələr qəbul imtahanında iştirak edərək 100%, 90%, 70% və 50% təqaüd əldə ediblər. Bundan əlavə, Azərbaycan Mühəndislər Birliyində aktiv fəaliyyət göstərən könüllülər də 100% təqaüdlə proqramda iştirak edəcəklər.
Proqram üzrə qəbul aparılan ixtisaslar:
🔹 Neft-qaz mühəndisliyi
🔹 Kimya (Proses) mühəndisliyi
🔹 Kimya (Laboratoriya)
🔹 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
🔹 Elektrik və energetika mühəndisliyi
🔹 Qida mühəndisliyi
🔹 Ekologiya mühəndisliyi
100% təqaüd qazanan tələbələrin universitetlər üzrə sayı:
ADNSU – 18 nəfər
UFAZ – 9 nəfər
BMU – 6 nəfər
BANM – 5 nəfər
BDU – 4 nəfər
Xəzər – 3 nəfər
ADİU – 2 nəfər
AZMİU – 1 nəfər
Ümumi qəbul statistikası:
ADNSU – 96 nəfər
BANM – 30 nəfər
BMU – 30 nəfər
BDU – 20 nəfər
UFAZ – 19 nəfər
Xəzər – 8 nəfər
ADİU – 8 nəfər
AZTU – 7 nəfər
MAA – 2 nəfər
ADA – 2 nəfər
SDU – 1 nəfər
AZMİU – 1 nəfər
Təqaüd qazanan tələbələr 2 aylıq tədris proqramında iştirak edərək öz ixtisaslarının əsaslarını öyrənəcək və peşəkar mühəndislərdən bilik və təcrübə qazanacaqlar.
Qəbul olmayanlar üçün isə gözəl xəbərimiz var – proqramın 2-ci dalğası da olacaq!