AzTehsil.com

İlk peşə təhsili / Cəmiyyət / Karyera / Bakalavr / Xəbərlər / İnnovasiyalar / İKT
24 mart 2025
405

AzMİU-da “Dayanıqlı mühəndislik” klubu yaradılıb

AzTehsil.com xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində fəaliyyət göstərəcək Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin “Dayanıqlı Mühəndislik” klubunun açılışı baş tutub. Klubun yaradılması universitetin 50 illik yubileyinə həsr olunub.

Universitetdən bildirilib ki, tədbirdə TEC-in sədri Günel İmamquliyeva klubun əhəmiyyəti və tələbələrə verəcəyi faydalar barədə məlumat verib. Daha sonra fakültənin dekan əvəzi Elgiz Həsənov, Mühəndis sistemləri və qurğuların tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov, fakültə TEC-in sədri Hamlet Əliyev, fakültənin akademik heyəti klubun yaradılmasını yüksək qiymətləndirərək, onun fəaliyyətinə uğurlar arzulayıblar.

Bildirək ki, klubun əsas məqsədi bərpa olunan və alternativ enerji mənbələri, eləcə də dayanıqlı mühəndislik sahəsində tələbələrin bilik və bacarıqlarını artırmaq, elmi tədqiqatlara marağı təşviq etməkdir. Bu istiqamətdə seminarlar, təlimlər, texniki ekskursiyalar və müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

Tədbirin davamında klubun sədri Məleykə Əliyeva və digər komanda üzvləri “Dayanıqlı Mühəndislik” adlı təqdimatla çıxış ediblər. Təqdimat zamanı alternativ enerji mənbələrinin mühəndislik sahəsində rolu, klubun strateji hədəfləri, planlaşdırılan seminarlar, texniki ekskursiyalar və layihələr barədə ətraflı məlumat verilib. Həmçinin klub üzvləri auditoriyaya təqdim olunub,  onların gələcək fəaliyyət istiqamətləri haqqında  məlumat verilib.

Universitet rəhbərliyi və akademik heyətin dəstəyi ilə fəaliyyət göstərəcək “Dayanıqlı Mühəndislik” Klubu tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirməsində, elmi tədqiqatlara maraqlarının artmasında və mühəndislik sahəsində innovativ yanaşmaların inkişafında mühüm rol oynayacaq.

Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

AzMİU-da "Məzun Günü" keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Ali məktəblərdə kafedra müdiri və dekan vəzifəsi ilə bağlı YENİ TƏLƏB

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?