H/N sənədlər / Direktor
20 fevral 2017
11 154
ƏMƏK MƏCƏLLƏSİ - Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:
a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
b)əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
c)əməyin təhlükəsizliyi normalarına əməl etmək;
ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
d)dövlət sirrini, habelə İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
e)iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
vəzifələrləri yanaşı, dövlət sirlərini və qanunla qorunan digər sirləri qorumağa, eləcə də xidməti vəzifəsi ilə əlaqədar vətəndaş-ların şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan məlumatlan yaymamağa borcludur.
işçilərin əsas vəzifələri haqqında məsələ daha tam şəkildə müəssisədaxili intizam qaydalarında, əmək müqavilələrində açıqlanır və orada iş vaxtı rejimi; əmək funksiyaları; müəyyən qaydalara riayət etmə; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; əməyin təhlükəsizliyi normalarına əməl etmə; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarım (qətnamələrini) yerinə yetirmə və s. müəyyənləşdirilir.
AR ƏM-in 10-cu maddəsində gösərilən, İşçinin ən mühüm vəzifələrindən biri İşəgötürənin əmlakının qorunmasının təmin edilməsidir, yəni işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. Əgər işəgötürənə maddi ziyan vurulmuşsa, o, maddi ziyan vurulmasında işçinin təqsirini hökmən sübut etməlidir.
Əks təqdirdə, əmək qanunvericiliyinə, eləcə də AR Konstitusiyasına görə işçinin təqsirsizlik prezıımpsiyası (ehtimalı) mövcuddur. işçinin hərəkətinə (hərəkətsizliyinə) hüquqi qiymət vermək üçün ilk növbədə onun əmək vəzifələrinin dairəsini müəyyən etmək lazımdır. Əmək hüququ əmək hüquq münasibəti iştirakçılarının, hər şeydən əvvəl isə işçilərin hüquq və vəzij'ələrini hərtərəfli tənzim edir.
Hüquqa zidd hərəkət dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan davranış qaydalarını pozan və qadağan edilmiş fəaliyyətdə, yaxud da lazımi fəaliyyətin göstə- rilməməsində öz əksini tapan əməl başa düşülür.
Hərəkətsizlik dedikdə isə şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmək imkanına malik olması və yerinə yetirməli olmasına baxmayaraq bunları etməməsi başa düşülür.
Təqsir dedikdə isə adətən şəxsin öz hüquqazidd davranışına (hərəkəti-nə və ya hərəkətsizliyinə) və onun nəticələrinə olan psixi münasibəti başa düşülür. AR ƏM-də təqsirin anlayışı verilməsə də, bunu AR CM-in 24-cü və AR MM-nin 448-ci maddəsində tapmaq mümkündür.
Orada deyilir: "Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır” AR MM-in 448-ci maddəsində də təqsirin iki əsas forması göstərilmişdir: qəsd və ehtiyatsızlıq.
Əmək hüququ üzrə lüğətdə səbəbi i əlaqə aşağıdakı kimi İzah edilir: "İşçinin maddi məsuliyyətinin şərti kimi səbəbi i əlaqə ondan ibarətdir ki, ziyan işçinin bilavasitə hüquqazidd davranışı nəticəsində vurulur. Belə olmadıq da işçinin üzərinə ziyanın ödənilməsi üzrə maddi məsuliyyət qoymaq olmaz'.
Beləliklə, işçinin üzərinə maddi məsuliyyət qoyulması üçün yuxarıda göstərilən üç şərtin olması zəruridir. Bu şərtlərdən hər hansı birinin olmaması işçinin maddi məsuliyyətini İstisna edir.