AzTehsil.com


Direktor / Müəllim
13 yanvar 2017
8 320


OXUYUN ! Əmək intizamı və maddi məsuliyyət haqqında



 


Əmək intizamı dedikdə, əmək münasibətləri iştirakçılarının müəyyən davranış qaydalarının məcmusu başa düşülür. Əmək intizamı normal səmərəli iş üçün lazımı təşkilati və iqtisadi şərtlərin yaradılması ilə təmin edilir.

İşçilər əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və müəssisədaxili intizam qaydalarına əməl etməlidirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisə daxili intizam qaydaları qəbul edilə bilər.

Əmək intizamı sahəsində işəgötürənin də üzərinə konkret öhdəliklər düşür.
 
İşəgötürən işçilərin əməyini düzgün təşkil etməli, əmək istehsalının artırılmasına şərait yaratmalı, əmək və istehsal intizamını təşkil etməli, əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına riayət etməli, işçilərin ehtiyaclarına və müraciətlərinə diqqətlə yanaşmalı, onların nəinki iş, hətta məişət şəraitlərinin yaxşılaşdırılmasına köməklik göstərməlidirlər. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

əlavə məzuniyyət verilməklə;

əmək haqqına fərdi əlavə edilməklə;

daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

Mükafatlandırılma tədbirlərindən fərqli olaraq, əmək intizamının pozulmasına görə müəssisə, idarə və təşkilatın müdiriyyəti aşağıdakı tənbeh tədbirləri görə bilər:

xəbərdarlıq;

töhmət vermək;

sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət;

işdən çıxarma.

Xəbərdarlıq intizam tənbehi sayılmır.

İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.

İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən, işçidən yazılı izahat tələb edir.

Bir intizam xatasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi işçiyə, işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə bu müddət ərzində intizam tənbehi verilə bilməz.

İntizam tənbehi əməlin aşkarlandığı vaxtdan bir ay müddətində verilə bilər.

İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur.

Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən, birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

Maddi məsuliyyət, işçinin üzərinə o halda qoyula bilər ki:

ziyanın, həqiqətən, vurulduğu aşkar edildikdə;

təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;

təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

Əmək qanunvericiliyi maddi məsuliyyətin əsas 2 növünü, tam və qismən ödənilməsini nəzərdə tutur.

Qismən maddi məsuliyyət növündə işçilər ziyanı əvvəlcədən müəyyən olunmuş hədlərdə ödəyirlər. Bir qayda olaraq, belə müəyyən olunmuş hədd orta aylıq əmək haqqı qismində nəzərdə tutulur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyətinin 7 halı göstərilib.

Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;

İşçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərtilə qəbul etdikdə.

İnzibati hüquqpozmalar haqqında, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;

Əmlakını və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə;

Alkoqol, toksik (zəhərli) və ya narkotik maddələrdən sərxoş vəziyyətdə ziyan vurduqda;

İşəgötürənin kommersiya sirrini yaydıqda;

İşəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, böhtan və təhqirlərlə onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirən mənəvi ziyan vurduqda.

İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri ilə həyata keçirilir.
Əgər işçi ziyanı tam maddi məsuliyyət daşıdığı hallarda vurmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Bu halda məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
Konkret məqsədlə cinayətkarcasına vurulmuş ziyanın ödənilməsinin təmin olunması müvafiq prosessual tədbirlərlə həyata keçirilir.
Qanunvericilik işəgötürənin işçiyə vurduğu ziyana görə də maddi məsuliyyətini müəyyən etmişdir.



Загрузка...
Həmçinin oxuyun:
İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Məktəbdə Əmək İntizamının pozulmasına görə məsuliyyət

Məktəbdə Əmək İntizamının pozulmasına görə məsuliyyət

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əmək  mübahisələrinin  anlayışı  və  növləri

Əmək mübahisələrinin anlayışı və növləri

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI