AzTehsil.com

Ekspert / Doktorantura / Qabaqcıl təcrübə / Yazarlar / Xəbərlər
24 mart 2025
381

İngilis dilini bilmədən elmi araşdırma aparmaq mümkün deyil?



İngilis dilini bilmədən elmi araşdırma aparmaq mümkün deyil?

AzTehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "doktoranturaya qəbul zamanı xarici dil imtahanı niyə yalnız ingilis dilində aparılır" sualını cavablandırarkən bildirib ki, hazırda hansısa elmi nəticəni dünyaya çatdırmaq üçün elm xadimləri mütləq ingilis dilini bilməlidir.

Bəs doktoranturaya qəbul olmaq istəyənlər başqa bir beynəlxalq dildə imtahan verə bilməzmi? Yaxud xarici dil imtahanı olmadan doktoranturaya qəbul aparıla bilməzmi? İngilis dilini bilmədən elmi araşdırma aparmaq mümkün deyil?

Mövzu ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, bu gün dünya əhalisinin 51 faizi ingilis dilində danışıb.

"Bütün mənbələrin əksəriyyəti ingilis dilindədir. İngilis dili bilmədən elmi araşdırma aparmaq mümkün deyil. Bu baxımdan, ingilis dilinin bilinməsi tək bizdə yox, dünyanın bütün aparıcı və inkişaf etməkdə olan təhsil sistemlərində kadrların ingilis dilini bilməsi əsas şərtlərdən biri hesab olunur. Üstünlük verən şərtlərdən biri hesab olunur. Əsas şərt Azərbaycan Respublikasında Azərbaycan dilinin bilinməsidir".

Ekspert qeyd etdi ki, xarici dil bilmək, xüsusilə ingilis dilini bilmək üstünlüklər verir.

"Dediyimiz kimi, bütün araşdırmalar aparan mərkəzlər ingilis dilindədir. İngilis dilini bilmədən müstəqil şəkildə araşdırma aparmaq mümkün deyil. Bu baxımdan Məleykə xanımın fikri doğrudur. Doktoranturaya sənəd qəbulu zamanı IELTS səviyyəsinin olması, ingilis dilindən DİM-in keçirdiyi imtahanla yanaşı, ingilis dilində biliklərin olması da əsas şərtlərdən biri kimi qəbul olunmalıdır. Doğru çağırışdır. Düşünürəm ki, bu məsələ orta məktəbdə başlayıb, ali məktəbdə davam edəcək. Magistratura səviyyəsinə də əsas şərtlərdən biri kimi qoyulacaq. Dünyanın bütün elmi araşdırmalarının və reytinqli elmi jurnalların ingilis dilində olduğu üçün ingilis dili əsas şərtdir", - deyə E.Qafarov bildirib.

Təhsil eksperti Elçin Əfəndi də bildirdi ki, hal-hazırda bütün resursların əksəriyyəti ingilis dilindədir:

"Bu fikrə hörmətlə yanaşıram və onu dəstəkləyirəm. Hal-hazırda ingilis dilindən geniş istifadə olunur. Eyni zamanda elmi tədqiqat işini apararkən ingilis dilinə daha çox ehtiyac yaranır. İnformasiya texnologiyalarının bu qədər inkişaf etdiyi və informasiya əsri olan dövrdə yaşadığımızı nəzərə alsaq, görərik ki, bütün texnologiyaların dili demək olar ki, ingilis dilindədir. Əlbəttə, hər hansı elm xadimi bu dili bilməlidir ki, onun tədqiqat işləri daha əhatəli olsun".

Müsahibimiz hesab edir ki, ingilis dili biliyinin olması vacibdir.

"Niyə məhz ingilis dili? Düzdür, başqa dillərdə də tədqiqat işləri aparmaq mümkündür, amma müasir dövrdə ingilis dilinə tələbat, ədəbiyyatların çoxluğu və ingilis dilində informasiyanın daha əlçatan olması bunu göstərir. Belə olduğu zaman elm xadiminin hansı sahə üzrə ixtisaslaşmasından asılı olmayaraq, onun aparacağı elmi tədqiqat işləri ingilis dili ədəbiyyatından istifadə etməklə daha uğurlu ola bilər. Təsadüfi deyil ki, DİM tərəfindən də doktoranturaya qəbul imtahanında ingilis dili üzrə imtahan götürülür. Müvafiq müsahibə şərtləri var və bu şərtləri ödəyən namizədlər doktorantura mərhələsinə qəbul olurlar. Məsələn, xarici ölkələrin alimləri, müəyyən tədqiqat işləri aparan şəxslər istinad edərkən, Azərbaycanlı alimlərin işlərinə müraciət edirlərsə, bu, özü də bizim üçün reytinq hesab olunur. Həmçinin, hansısa tədqiqat işi aparılır və işin beynəlxalq formada təqdimatı həyata keçirilirsə, əlbəttə ki, ingilis dilində təqdim olunması əlavə bir üstünlükdür. Bu kimi istiqamətlərdən baxdıqda, ingilis dilinin digər dillərlə müqayisədə önəmi daha çox görünür", - deyə E.Əfəndi vurğulayıb.




Həmçinin oxuyun:
Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”

Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

"Ana dilini bilməyən adamda vətən, xalq sevgisi, milli ruh ola bilməz"

"Ana dilini bilməyən adamda vətən, xalq sevgisi, milli ruh ola bilməz"

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!