Siyəzəndə gənc rus dili müəlliməsi vəfat edib
Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin 31 yaşlı rus dili müəlliməsi dünyasını dəyişib.
AzTehsil.com xəbər verir ki, mərhum Humay Nəsirli qısa müddət ərzində pedaqoji sahədəki fəaliyyətində yeniyetmələrin təhsil və inkişafına töhfələr verən, peşəkar və işinə sevgi ilə yanaşan gənc müəllim, yüksək mənəviyyatlı insan kimi tanınırdı.