AzTehsil.com

Cəmiyyət / Bakalavr / Magistr / Doktorantura / Xəbərlər / Direktor / Müəllim / Digər Elan
04 aprel 2025
467

UNEC-in Dərbənd filialının məzunları diplomlarını niyə ala bilmirlər?

Azərbaycan İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunları diplomlarını ala bilmirlər.

AzTehsil.com xəbər verir ki, 2023-2024-cü il üzrə təhsil almış maliyyə ixtisasının tələbələri bu barədə Oxu.Az-a şikayət ünvanlayıblar.

Bildirilib ki, Rusiya vətəndaşı olan tələbələr təxminən bir ay öncə diplomlarını aldıqları halda, onlar hələ də ala bilməyiblər:

"Biz 2023-2024-cü il üzrə məzun olmuşuq. İmtahanlardan da yaxşı nəticə əldə etmişik, kəsirlərimiz yoxdur. Lakin buna baxmayaraq, hələ də diplomumuzu ala bilmirik. Diplomlarımızın verilməmə səbəbi bizə maraqlıdır. Niyə Rusiya vətəndaşları ala bilir, biz isə ala bilmirik?"

Məsələ ilə bağlı UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Oxu.Az-a açıqlamasında qeyd edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən diplom blankları UNEC-ə verilən kimi məzunlara diplomlar təqdim olunacaq:

"UNEC tərəfindən Elm və Təhsil Nazirliyinə diplom blanklarının verilməsi üçün lazım olan sənədlər təqdim edilib. Hazırda Rusiya vətəndaşları olan məzunların diplomları verilib. Elm və Təhsil Nazirliyi tərəfindən digər diplom blankları UNEC-ə verilən kimi məzunlara diplomlar təqdim olunacaq.

Dərbənd filialına qəbul Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul qaydalarına əsasən aparılır", - deyə o bildirib.

Elm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tələbənin qəbulu, təhsil prosesi və digər məsələlər araşdırılır:

"Qeyd olunan məqamlar qanunvericiliyin tələblərinə uyğun olduğu halda diplom blankları təqdim olunur.

Qanunvericiliyin tələblərinə uyğun olmayan hallar aşkar olunduğu və Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilmədiyi hallarda diplom blanklarının təqdim olunması mümkün deyil".

Həmçinin oxuyun:
Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakıda müəllim direktordan nazirliyə şikayət etdi, ara qarışdı - QALMAQAL

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir