AzTehsil.com

Cəmiyyət / Ekspert / Yazarlar / Xəbərlər / Ziyalılar / Digər Elan
03 aprel 2025
457

AMEA keçmişin qalığı deyil, əksinə....



"AMEA keçmişin qalığı deyil, əksinə..."

"Azərbaycan Milli Elmlər Akademiyası – AMEA təkcə elmi müəssisə deyil, milli düşüncənin, strateji intellektin və dövlətin elm siyasətinin daşıyıcısıdır. Onun fəaliyyəti, bəzilərinin düşündüyü kimi, sovet dövrünün qalığı deyil, əksinə, əsası çox əvvəllərə dayanan və müasir dövrdə də elmin inkişafında mühüm rol oynayan bir mərkəzdir".


AzTehsil.com xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.


Ekspert qeyd edib ki, AMEA-nı yalnız keçmişin mirası kimi deyil, bu günün və sabahın elmini formalaşdıran, Azərbaycanın intellektual gələcəyini təmin edən bir mərkəz kimi qiymətləndirmək lazımdır:


"AMEA-nın bugünkü fəaliyyəti, xüsusilə də maddi və təşkilati çətinliklər fonunda həyata keçirdiyi layihələr Azərbaycanda elmi düşüncənin canlı və dinamik olduğunu göstərir. Əməkdaşlarının əksəriyyəti uzun illərdir az maaşla, maddi stimuldan çox elmə və vətənə olan sədaqətlə çalışırlar. Onların apardığı tədqiqatlar, yazdığı monoqrafiyalar, nəşr etdirdiyi məqalələr, beynəlxalq konfranslarda iştirakları Azərbaycanın elmi nüfuzunu beynəlxalq səviyyədə tanıdır və möhkəmləndirir.


kamran.jpg (28 KB)


Bu gün Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərə daxil olmasının arxasında duran əsas səbəblərdən biri də elmi məqalələrin sayı və keyfiyyətidir. Bu məqalələrin mühüm hissəsi məhz AMEA əməkdaşları tərəfindən hazırlanır və dünyanın nüfuzlu jurnallarında dərc olunur. Məsələn, son 5 ildə "Scopus" və "Web of Science" bazalarında indeksləşən məqalələrin əhəmiyyətli qismi məhz akademiyanın institutlarından gəlib. Bu isə o deməkdir ki, Azərbaycanın elmi reputasiyası, universitetlərin qlobal miqyasda tanınması və reytinq göstəriciləri çox zaman AMEA alimlərinin fədakar əməyinə söykənir.


AMEA-nın tərkibində fəaliyyət göstərən institutlar – Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Kimya Problemləri İnstitutu, Tarix və Arxeologiya institutları və digərləri yalnız nəzəri biliklə kifayətlənmir, həm də tətbiqi elmin inkişafı üçün vacib nəticələr ortaya qoyurlar. Onların tədqiqatları iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya, enerji, tarix və mədəni irsin qorunması sahələrinə birbaşa töhfə verir.


Tarix İnstitutunun apardığı araşdırmalar nəticəsində Azərbaycanın qədim dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, işğal və soyqırımı faktları, erməni saxtakarlıqlarına qarşı elmi sübutlar hazırlanıb və beynəlxalq ictimaiyyətə təqdim olunub. Biologiya və kənd təsərrüfatı sahəsində çalışan alimlər torpaq və iqlim şəraitinə uyğun yeni bitki sortlarının yaradılması ilə məşğul olur. Kimya və Fizika İnstitutları isə enerji daşıyıcılarının yeni formalarının tədqiqi, nanotexnologiya sahəsində yeniliklər üzərində çalışırlar.


AMEA-nın əsas gücü onun intellektual potensialıdır – burada çalışan alimlər bəzən çox çətin şəraitdə, günlərlə laboratoriyalarda, arxivlərdə, sahə ekspedisiyalarında işləyərək elmə xidmət edirlər. Onların adları çox zaman medianın manşetlərinə çıxmasa da, ölkənin elmi irsi, strateji gələcəyi onların əməyinə söykənir.


AMEA eyni zamanda gənc tədqiqatçılar üçün də məktəb rolunu oynayır. Onun nəzdində fəaliyyət göstərən dissertasiya şuraları, magistr və doktorant proqramları minlərlə gəncin elmi yoluna işıq salır.


Son illərdə texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə AMEA-nın struktur və idarəetməsində aparılan islahatlar da diqqətəlayiqdir. Akademiyanın fəaliyyətinin daha çevik, müasir çağırışlara uyğunlaşdırılması istiqamətində tədbirlər görülür, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq sahələrində irəliləyişlər müşahidə olunur.


Nəticə olaraq, AMEA-nı yalnız keçmişin mirası kimi deyil, bu günün və sabahın elmini formalaşdıran, Azərbaycanın intellektual gələcəyini təmin edən bir mərkəz kimi qiymətləndirmək lazımdır. Onun alimləri və tədqiqatçıları millətin ağlını, irsini, varlığını qoruyur və inkişaf etdirir. Bu fədakar alimlərin əməyi və zəhməti sayəsində Azərbaycan elmi beynəlxalq aləmdə etibarlı imza qazanır. Onlara dəyər vermək, onların fəaliyyətini dəstəkləmək yalnız elmi deyil, milli məsuliyyətdir".



Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Real problemlərə innovativ həllər - Ekspertlərin “Sabahın alimləri” ilə bağlı fikirləri

Real problemlərə innovativ həllər - Ekspertlərin “Sabahın alimləri” ilə bağlı fikirləri

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Gələcəyini bizimlə qur !

Gələcəyini bizimlə qur !

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Tərbiyənin metodları

Tərbiyənin metodları

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir