Bağçada uşaqların başına bit düşüb — BAĞÇADAN AÇIQLAMA
-Bu gün Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər vermişdik.Bu barədə Oxu24.com-a müraciət edən Aygün Aslanzadə məlumat verib.Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını oradan uzaqlaşdırmaq qərarına gəlib.Qeyd olunan xəbərlə bağlı 310 nömrəli bağçaya sorğu ünvanlayıb.Sorğumuza cavab olaraq bağçadan bildirib ki, 310 nömrəli uşaq bağçasında bu gün yalnız bir uşağın saçının gigiyenik durumu qeyri-qənaətbəxş olduğu üçün həmin uşağın bağçaya gəlməsinə müvəqqəti məhdudiyyət qoyulub. "Ümumiyyətlə bağçada sanitar-gigiyenik normaların qorunması diqqət mərkəzində saxlanılır, mütəmadi qabaqlayıcı tədbirlər görülür. Bağçada hər gün müvafiq dezinfeksiya işləri aparılır, gigiyenik təmizlik məhsullarından istifadə olunur. AzTehsil.com xəbər verir ki, görülən bütün bu tədbirlər uşaqların sağlamlığının qorunmasına və sanitar-gigiyenik tələblərin təmin olunmasına xidmət edir",-deyə açıqlamada qeyd edilib.














