Xəbərlər / Psixoloq
14 iyul 2021
1 478


Gələcəyini bizimlə qur !

Gələcəyini bizimlə qur !

 

Bu gün dünyada baş verən sürətli dəyişiklik və informasiya bolluğu insanlara həm müsbət, həm də mənfi təsirlər göstərir.
 
Bir çox insanlar psixoloji, fizioloji və sosial yöndən çətinlik çəkirlər. Məhz buna görə də  cəmiyyətdə yaxşı təhsil almış, təcrübəli və peşəkar psixoloqlara  ehtiyac yaranır. Psixoloqlar insanların zəka, təfəkkür, təxəyyül, motivasiya və emosiya kimi bir sıra sahələrini öyrənir, gündəlik həyatda insan davranışları ilə əlaqədar problemləri həll etməyin və aradan qaldırmağın yollarını axtarırlar. Bu səpkidə olan bir çox problemlərin həlli üçün insanlara yol göstərir və kömək edirlər. 
 

Gələcəyini bizimlə qur !

 

Qeyd edək ki, insanların problemlərinin böyük əksəriyyəti tibbi deyil, məhz psixoloji xarakter daşıyır. Ona görə də, dünyada psixoloqlara ehtiyac gündən-günə artmaqdadır. 
 

Gələcəyini bizimlə qur !

 

Bu səbəbdən də, ölkənin bir çox universitetləri "Psixologiya” ixtisasından bakalavr səviyyəsi üzrə kadr hazırlayır. Respublikanın aparıcı universitetlərindən biri olan Naxçıvan Dövlət Universitetində də 2021-2022-ci tədris ilindən etibarən əyani və əlavə təhsil üzrə baklavr səviyəsində "Psixologiya” ixtisasından kadr hazırlığına başlanılacaqdır. Dərslər Pedaqoji fakültədə elektron kürsülü, geniş və səliqəli auditoriumlarda təcrübəli müəllimlər tərəfindən keçiriləcəkdir.
 

Gələcəyini bizimlə qur !

 

Universitetin bu ixtisas üzrə kadr hazırlamaqda əsas məqsədi Azərbyacanda psixologiya elminin inkişafına təkan verimək, psixologiya sahəsində kadr hazırlığının 
 
keyfiyyətini yüksəltmək, vətəndaşlara peşəkar psixoloji xidmət göstərən psixoloqlar yetişdirmək, elmi psixoloji ekspertizalar təşkil etmək və həyata keçirməkdir.

Qeyd edək ki, "Psixologiya” ixtisası üzrə təhsil alan tələbələr psixologiyanın aşağıdakı sahələri üzrə elmi biliklərə yiyələnəcəklər:

1. Təhsil psixologiyası
2. Klinik psixologiya;
3. Sosial psixologiya;
4. Təcrübi psixologiya:
5. Fizioloji psixologiya;
6. İnkişaf psixologiyası;
7. Sənaye və təşkilat psixologiyası;

Həmçinin bu ixtisası üzrə təhsil alacaq tələbələr aşağıdakı imkanlardan da istifadə edə biləcəklər:

1. Məzunların ixtisasları üzrə gələcəkdə təhsilini xaricdə davam etdirmə imkanı;
2. Klinikalarda və xəstəxanalarda təcrübə keçmək;
3. Beynəqlxalq təlimlərdə, treninqlərdə, kurslarda, konfrans və simpoziumlarda iştirak etmək;
Qeyd edək ki, "Psixologiya” ixtisası üzrə dərin biliyə yiyələnmiş tələbələrdə aşağıdakı keyfiyyətlər formalaşacaqdır:
1. Düşüncələrini yazılı və sözlü ifadə etmək;
2. Yaradıcı və analitik düşüncə qabiliyyətli olmaq;
3. Səbirli və təmkinli olmaq;
4. Dinləmək və ünsiyyət qurmaq;
5. Diqqətçil və özgüvənli olmaq.

Belə ki, "Psixologiya” ixtisasını bitirən məzunlar gələcəkdə əmək fəaliyyətlərini aşağıdakı sahələr üzrə davam etdirə bilərlər: 

1. Xəstəxana və klinikalarda;
2. Elm və təhsil müəssisələrində;
3. Özəl şirkətlərdə;
4. Psixoloji xidmət mərkəzlərində;
5. Sənaye sahələrində.
 

Gələcəyini bizimlə qur !

 


 "Psixologiya” ixtisasını bitirmiş məzunların peşə fəaliyyəti isə aşağıdakılardan ibarətdir:

1. İnsanların davranışlarını incələmək və davranışlarının səbəblərini araşdırmaq;
2. İnsanların düşüncə formalarını, reaksiyalarını, duyğularını və bütün bunların qaynaqlarını analiz etmək;
3. Müxtəlif tipli test və dəyərləndirmə vasitəsi ilə problem və ya problemlərin qaynağını aradan qaldırmağa çalışmaq;
4. Psixoloji problemlər yaşayan insanlarla tez-tez görüşlər təşkil etmək;
5. Psixoloji inkişafdakı yayınmaların qarşısını almağa yönəldilmiş profilaktik işlər aparmaq;
6. İnsanların müəyyən təbəqələri ilə işləməkdə həkimlərə köməklik etmək;
7. Psixoloji problemləri olan insanlar üçün sosial inkişaf proqramları tərtib etmək;
8. Psixologiya sahəsində yeni biliklərin inkişafına yönəlmiş psixoloji tədqiqat və təcrübələr aparmaq;
9. Özəl və dövlət şirkətlərində çalışan vətəndaşlara psixoloji xidmətlər göstərmək.

Əziz gənclər! Sizləri 2021-2022-ci tədris ilində Naxçıvan Dövlət Universitetində yeni fəaliyyətə başlayacaq "Psixologiya” ixtisası üzrə ali təhsil almağa dəvət edirik.


TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Pedaqoji faklütəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Magistratura və doktorantura səviyyələrində ixtisas adı dəyişdirilib

Magistratura və doktorantura səviyyələrində ixtisas adı dəyişdirilib

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

IV qrup üzrə ötənilki keçid balları – Minumum 150, maksimum 671 bal

IV qrup üzrə ötənilki keçid balları – Minumum 150, maksimum 671 bal

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

“Koronavirus pandemiya və epidemiyaları: Bioloji və sosial-psixoloji aspektlər”

“Koronavirus pandemiya və epidemiyaları: Bioloji və sosial-psixoloji aspektlər”

NMİ-də tələbə qəbul planı yerləri artırılıb

NMİ-də tələbə qəbul planı yerləri artırılıb

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

ATGTİ-dən tələbələrin psixoloji rifahını yaxşılaşdıracaq layihə

ATGTİ-dən tələbələrin psixoloji rifahını yaxşılaşdıracaq layihə

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

HƏDƏF kursları  "Abituriyentlərin imtahana psixoloji hazırlığı”  adlı layihə həyata keçirtdi

HƏDƏF kursları "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirtdi

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Təhsil Naziri Cənab Emin Əmrullayevə psixoloqların müraciəti.

Təhsil Naziri Cənab Emin Əmrullayevə psixoloqların müraciəti.

“Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər"

“Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər"

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir