AzTehsil.com

Cəmiyyət / Dünya / Yazarlar / Xəbərlər / Digər Elan
30 mart 2025
472

Misir Mərdanov: “Gəlin, bu gün problemlərdən çox danışmayaq, bayramdır”

AzTehsil.com xəbər verir ki, "Azərbaycan xalqı dünya elminə çox böyük alimlər bəxş edib. Arzu edirəm ki, elmimiz və alimlərimiz həmişə uğurları ilə bizi sevindirsinlər. Bu gün Azərbaycanda Elm Günüdür, alimlərin bayramıdır. Gəlin, problemlərdən çox danışmayaq”.

Bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov deyib.

“Bu il bayram Azərbaycanda Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə təsadüf edir. Bu gün ölkəmizdə elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elm ictimaiyyətinin bayramıdır. Mən alimlərimizi ürəkdən təbrik edirəm. Milli Elmlər Akademiyası Azərbaycan elminin, dövlətinin inkişafında xüsusi xidmətləri olan və bu istiqamətdə çox ciddi işlər görən elm ocağıdır", - M.Mərdanov qeyd edib.

Onun sözlərinə görə, azərbaycanlı alimlər öz ixtiraları ilə dünya elmini zənginləşdiriblər: “İndi də Azərbaycanın öndə gedən, onu dünyada təmsil edən çoxsaylı alimləri var. Onların əksəriyyəti Azərbaycanda çalışır. Müəyyən bir hissəsi dünyanın demək olar ki, bütün ölkələrində çalışır, xalqımızı orada layiqincə təmsil edirlər. Arzu edirəm ki, elmimiz və alimlərimiz həmişə uğurları ilə bizi sevindirsinlər”.

Xatırladaq ki, 2018-ci ildən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə 27 mart ölkəmizdə Elm Günü kimi qeyd edilir.

Həmçinin oxuyun:
Sədr müavinindən Mərdanova cavab: Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb.

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlqar Orucov: Misir Mərdanovun təhsildən danışmağa haqqı yoxdur

"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Ramiz Mehdiyev işə silahlı adamlarla gəlir – Misir Mərdanov

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“O vaxt Misir Mərdanov özü Naxçıvana gələrək Vasif Talıbova diplom təqdim etdi” – Yeni iddia

Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

NASA-nın forumuna dəvət alan azərbaycanlı

Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

Elmdə çevriliş yaradan dahi azərbaycanlı...

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Azərbaycanlı alim koronavirusun dərmanını tapdı

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Misir Mərdanov Qərbi azərbaycanlılarla rəqs etdi - VİDEO