Əmi məktəbli qardaşı qızını...- DƏHŞƏT
Vəkil Aqil Layıc yaxınlarda ona edilən müraciətlə bağlı paylaşım edib. O bildirib ki, rayonların birində 11 yaşı uşaq əmisi tərəfindən cinsi istismara məruz qalıb.
AzTehsil.com xəbər verir ki, bu haqda Tribunainfo.az - a vəkil A. Layıcın paylaşımını təqdim edib.
“Uşaqlarınızı kimə etibar edəcəyinizə dair qərar verərkən min dəfə fikiləşin.
Bir müddət öncə bir adam/orta yaşlı bir ata gəlmişdi yanımıza. İşi ilə bağlı tez-tez səfərlərdə olduğu üçün taksi fəaliyyəti ilə məşğul olan öz qardaşına aylıq ödəmək şərti ilə 11 yaşlı qızını məktəbə və hazırlığa aparması barədə razılaşma əldə edib. Müəyyən müddət sonra bu yazıq uşaq dərman içib intihara cəhd edir və həkimlərin müdaxiləsi nəticəsində sağ qalır. Valideynlər bunun səbəbini soruşanda, qız sirrləri açır. Deyir ki, əmisi müəyyən müddətdi ki, ona hədə-qorxu gələrək qeyri-təbii yollarla zorlayırmış, bunu valideynlərinə deyəcəyi təqdirdə valideynlərini də öldürəcəyini hədələyirmiş. Çıxış yolu özünü intiharda görüb. Məsələyə dair pokurorluğa məlumat verdik, əməliyyat keçirilərək sübutlu-sənədli şərəfsiz pedofil həbs edildi.