Məktəbli təsadüfən astronomik kəşf edib
Nyu-Yorkun Dalton məktəbində oxuyan 17 yaşlı Julian Şapiro təsadüfən nəhəng qara dəliyin "işıq əksini" kəşf edib.
AzTehsil.com xəbər verir ki bu barədə "Live Science" məlumat yayıb.
"İşıq əksi" sönmüş qara dəliyin qalıq şüalanmasıdır. Bunu ətrafdakı işıldayan qaz buludlarında görmək olar.
Bildirilir ki, Şapiro dərslərdən sonra astronomiya ilə məşğul olur. Gənc yaşına baxmayaraq, o, artıq Amerika Astronomiya Cəmiyyətinin böyük elmi konfranslarında çıxış edib.