Naxçıvanda təhsilverənlərlə görüş keçirilib
AzTehsil.com xəbər verir ki, Naxçıvanda sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən cari ildə sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlər üçün proses ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüş keçirilib.
Görüşdə sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu barədə ətraflı məlumatlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.