“Birinci sinifdə bir şagird olsa belə, ona ayrıca müəllim dərs deməlidir”
AzTehsil.com xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxış edib.
“Məruzədə mühüm məsələyə toxunulub.Bu, təhsillə bağlıdır. Ucar rayonundan misal gətirilib ki, birinci sinifdə müəyyən edilmiş sayı 10-dan az olduğuna görə, ikinci siniflə birləşdirilib…
Sabah ikinci sinif olmasa, birinci sinfi üçüncü siniflə birləşdirmək lazımdır? idarə kabinetinin bu vəziyyətdə mövcud var. Bu qərara baxılmalıdır. Birinci sinifdə bir şagird olsa belə, ona ayrıca müəllim dərs deməlidir. Bu proqramları dəyişmək olmaz.Ölkədə təhsildən vacib məsələ olmamalıdır”, – deyə deputat qeyd edib.