Döyülən direktor Şəhriyar Laçınov danışıb - VİDEO
Sosial İqtisadi Kollecin döyülən direktoru Şəhriyar Laçınov danışıb.
AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.
Döyülən direktor Şəhriyar Laçınov Xəzər TV-yə bildirib ki, hadisə səhər saatlarında kollecdə baş verib:
"Kollecin baş mühasibi mənə hücum edərək güc tətbiq etməyə çalışıb. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişik. Hazırda araşdırma aparılır. Qeyd olunan digər məsələlər isə əsassızdır", - deyə o bildirib.
Ətraflı süjetdə: https://youtu.be/flYyWKI9edE