AzTehsil.com
EN


Xəbərlər
16 may 2017
3 190


700 bal toplayan abituriyentlər UNEC-də



700 bal toplayan abituriyentlər UNEC-də

 

Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarından 700 bal toplayan Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev UNEC-də olublar.

İngilis dilində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayevlə görüşüblər. İmtahanda ən yüksək nəticə əldə etdiklərinə görə gəncləri təbrik edən A.Rzayev bildirib ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində interaktiv metodlarla təşkil olunan dərsləri dünyanın aparıcı universitetlərindən məzunları tədris edir. Burada dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili həyata keçirilir. Tələbələr UNEC-in  beynəlxalq mübadilə proqramlarında da iştirak edə bilir.

UNEC-də bir semestrlik pedaqoji fəaliyyət göstərən amerikalı professor Bülent Aybarla görüş abituriyentlər üçün yaddaqalan olub. B.Aybar abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib, dünya əmək bazarının tələblərini açıqlayıb. Amerikalı professor bildirib ki, UNEC bu gün dünya əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlayır.

UNEC-in dünyanın qabaqcıl univeristetləri olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə əməkdaşlıq etməsi abituriyentlərin xüsusi marağına səbəb olub. Onlara bildirilib ki, UNEC tələbələrə Avropanın hər iki nüfuzlu universitetinin bakalavr diplomunu da əldə etmək şansı yaradır. UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olunan hər bir tələbəyə universitet hesabına 100 manat məbləğində əlavə təqaüd verilir. Bundan başqa, UNEC imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verir.

UNEC-in savadlı və bacarıqlı tələbələrə yaratdığı imkanları yüksək qiymətləndirən abituriyentlər İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən uğurlu startapçılarla da görüşüblər. Startapçılar onların ideyanın yaranması, həyata keçirilməsi və inkubasiya dövrü barədə suallarına ətraflı cavab veriblər.

Elektron Universitet Modeli ilk dəfə auditoriyaya daxil olan gənclərin marağına səbəb olub. Onlara Elektron Universitet Modelininin üstünlükləri barədə məlumat verilib. UNEC-in kitabxanasında olan abituriyentlər seçəcəkləri ixtisaslarla bağlı kitablarla maraqlanıblar. UNEC tələbələri onlara istifadə etdikləri dünyanın qabaqcıl universitetlərinin dərsliklərini təqdim ediblər.

UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini öyrənən abituriyentlər bu halı müsbət qarşılayıblar. Beynəlxalq İqtisadiyyat Məktəbinin dərs cədvəli ilə tanış olaraq, ixtisas seçimindən öncə dərslərdə iştirak etmək istədiklərini bildiriblər.



Загрузка...
Həmçinin oxuyun:
Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-in “ISE Economic Talks” platformasında “Trumponomics” mövzusu müzakirə olunub

UNEC-in “ISE Economic Talks” platformasında “Trumponomics” mövzusu müzakirə olunub

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

Universitet idarəetməsində yeni addım

Universitet idarəetməsində yeni addım

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər