AzTehsil.com

Cəmiyyət
18 mart 2025
164

“Elm və təhsil cəmiyyət üçün həssas bir məsələdir” – Rəy



Məlumdur ki, bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyində ölkəmizin müxtəlif elm sahələrində çalışan və yüksək elmi nailiyyətlərə malik bir qrup alimlə görüş keçirilib. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev elmin müasir çağırışlarından, mövcud problemlərin həllindən və alimlərin bu prosesdəki rolundan bəhs edib.

Görüş iştirakçılarından Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev AzTehsil.com-a müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüb.

Elmdə mövcud olan problemlər açıq şəkildə söylənilməlidir 
 
- Cənab nazir Emin Əmrullayevin görüşdəki çıxışı göstərdi ki, elm sahəsində problemlər ictimaiyyətdən gizli saxlanılmır, açıq şəkildə müzakirə olunur. Cənab nazir elmdə ən vacib məqamlara toxundu, söhbət elmi istiqamətdən gedir. Təbii ki, müəyyən nöqsanlar, çatışmazlıqlar haqqında nazir çox gözəl, dolğun qeydlər etdi və diqqətimizə çatdırdı. Bu, çox təqdirə layiqdir ki, cənab nazir elmdə olan problemləri qeyd edir, eyni zamanda da onların həllinə tərəfdar olduğunu nümayiş etdirir. Və bizi də elmlə məşğul olanları da səfərbər edir ki, fikirlərimizi söyləyək, öz töhfəmizi verək ki, elmi nə dərəcədə inkişaf etdirək, yəni sıçrayış baş versin. Çünki elm və təhsil cəmiyyət üçün həssas bir məsələdir. Elm və təhsil bir-birilə bağlıdırlar, bir-birindən ayrıla bilməz.

Təbii ki, elmdə problemlər var. Əgər problemləri yaradan səbəbləri bilməsək, onları səmimi şəkildə açıq deməsək, göstərməsək, bir-birimizlə ünsiyyət yaranmasa, biz elmi, təhsili irəli apara bilmərik. Bu problemlər göstərilməlidir, aydın şəkildə deyilməlidir. 

Çünki problemlər açıq şəkildə söylənilməsə, olduğu kimi qalacaq. İllər keçir, dünənki 35-40 yaşında olan gənc mütəxəssis sayılan alimlər get-gedə yaşlaşırlar, ən azından elm sahəsində bir irəliləyiş olmalıdır. Bir daha təkrar edirəm ki, elmdə mövcud olan problemlər açıq şəkildə söylənilməsə, illərlə bir nöqtədə qalacaq. Ona görə də bu problemlərin cənab nazir tərəfindən açıq-aydın, səmimi şəkildə qeyd edilməsi çox müsbət bir haldır. E.Əmrullayevin bu məsələləri bizimlə birlikdə həll etməyə cəhd göstərməsindən çox məmnun qaldım.
 
Alimlər gənc kadrların yetişdirilməsində çətinliklərlə üzləşirlər

“Görüşdə hansı məsələləri qaldırdınız?” sualına gəlicə, Q.Babayev qeyd edir ki: “İlk növbədə, alimlərin məqalələrinin elmi jurnallarda çap olunmasına görə mükafatlandırılması ilə bağlı təşəkkür etdim”.

- Məqalələri dünyada tanınmış Q1 və Q2 kvartillərdə olan jurnallarda çap olunan alimlərə mükafatların ayrılması, bir növ stimuldur. Çıxışımda qeyd etdim ki, elmi jurnallarda məqalələr çap etdirmək bir növ hədəfə çevrilir. Çünki alimlər gənc kadrların yetişdirilməsində çətinliklərlə üzləşirlər. Yəni hər hansı alim öz sahəsini gözəl bilir, onun elmini, biliyini heç kim əlindən ala bilməz. Ancaq gənc kadr yetişdirməkdə problemlərlə, süni çətinliklərlə üzləşirlər. Sərbəst elmi tədqiqat aparan alimin biliyini əlindən almaq olmur, ancaq onun doktorantına maneələr yaradılır. Bu, çətin bir məqamdır. Nəticədə müəyyən süni maneələr nəticəsində bu doktorantı yetişdirə bilmirsən, o zaman nüfuzlu jurnallarda məqalə çap etdirmək bir növ hədəfə çevrilir. Ancaq bu da uzun çəkmir, çünki mütləq gənc kadr yetişdirilməlidir. Bu məsələni  görüşdə çatdırdım,  Alimlərə mükafatların verilməsinin elmlə məşğul olan adamlar üçün çox müsbət qarşılandığını dedim. Çünki biz elm adamlarıyıq, elm isə həmişə ziddiyyətli məsələdir. Lakin hər hansı gözəl mütəxəssisin, möhkəm biliyə malik olan elm adamının biliyini əlindən almaq olmur.

Fürsətdən istifadə edib mən bu görüşə dəvət olunduğuna görə təşəkkürümü bildirmək istəyirəm. Mən çox təşəkkür edirəm ki, nazirlik belə bir gözəl görüşü təşkil etdi və bizi, elm sahəsində müəyyən qədər töhfə vermiş alimləri dəvət etdi. Çox gözəl və səmimi görüş idi, mən bu görüşdən çox məmnun qaldım.



Həmçinin oxuyun:
Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir

Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili