AGMA tərəfindən "İdeyanı reallaşdır" adlı praktik seminar keçirilib
Xaçmaz rayonu üzrə təhsil sektorunun dəvəti ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "İdeyanı reallaşdır" adlı praktik seminar keçirilib.
AzTehsil.com xəbər ki, seminarın təşkil olunmasında məqsəd gənc müəllimlərin təhsil sahəsində müxtəlif layihələrin yazılışına dair maarifləndirmə işinin aparılmasından ibarətdir.
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev çıxış edərək görüşün məqsədi haqqında məlumat verib.
Sonra AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək müəllimlərə layihələrin yazılması qaydaları haqqında məlumat verib. Seminar müəllimlərin praktik işlərlə davam edib. Fasilə zamanı isə müəllimlərlə səmimi ortamda gələcək fəaliyyətlər müzakirə olunub.