Müəllim peşəkarlığı və nümunəvi dərs ....
Habil Bayramlı Quba - Xaçmaz Regionun fərqlənən , peşəkar müəllimlərindən biridir. O , Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru və həmin məktəbin fizika müəllimidir . İşini sevən şagirdlərinin sevgisini qazanan Habil müəllim həmdə Fizika fənni üzrə dərslik komplektinin həmmüəlliflərindəndir . Habil müəllimin hər zaman olduğu kimi bugünkü nümunəvi dərsidə şagirdlərin marağına səbəb olub.Hər bir müəllim fənninə maraq yaratmağı bacarmalıdır.
AzTehsil.com nümunəvi dərsi təqdim edir.
Mövzu elektroskop. Elektrometr
Bu dəfə ebonit çubuğu şarla əvəz etməli olduq. Təcrübənin maraqlı tərəfi bu şarı yükləndirmək idi. Fuad cəsərətli oldu və saçına sürtərək əvvəlcə şarda yüklərin yaradılmasına razılıq verdi. Birinci cəhdə ektrometrin əqrəbi qismən növbəti cəhdlərdə tam yüklənməni nümayiş etdirdi.
Bəzən elə olur ki, yeni anlayışı şagirdin uzun müddətli yaddaşına köçürülməsi və yuxarı təşəkkür səviyyəsinin inkişaf etdirilməsi üçün onu həmin an təəcübləndirməli və ya müsbət emosiyalara köklənən həyacan yaratmalısan. Təcrübəyə cəlb olunan şagirdlər 8 sinif şagirdləridir və öyrənməyə maraqları yüksəkdir.
Öyrənmə prosesində şagirdlər fəal olduqda və öyrənmə ehtiyaclarını nümayiş etdirdikdə müəllim də məsuliyyətlərin və prosesə fərqli yanaşmaq məcburiyyətində olur. Sonda onu demək istəyirəm ki, şagirdin öyrənmə həvəsi olduqca vacib amildir.
Habil müəllim fəaliyyətinizdə uğurlar arzulayırıq !