AzTehsil.com

Bakalavr / Xəbərlər
10 mart 2025
288

“Məzunla görüş” layihəsinə start verilib



Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi “Məzunla görüş” layihəsinə start verib.


AzTehsil.com - a BDU-dən bildirilib ki, layihənin məqsədi universitetin tələbə və məzunları arasında körpü qurmaq, məzunların təcrübə və biliklərini tələbələrlə paylaşmaqdır. Layihə çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin xanım tələbələri üçün “Əmək bazarında qadınların rolu” mövzusunda tədbir təşkil edilib.


BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev tədbirdə iştirak edən xanımları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. BDU fəaliyyəti dövründə ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı kadr yetişdirib, onların arasında xanımların özünəməxsus rolu var.

Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova tədbirin keçirilməsində məqsədin qadınların peşəkar inkişafına və cəmiyyətdəki roluna diqqət çəkmək, eləcə də müxtəlif sahələrdə uğur qazanan qadınların təcrübələrini bölüşmək olduğunu vurğulayıb.


Daha sonra BDU-nun müxtəlif sahələrdə uğur qazanmış qadın məzunları çıxış ediblər. Ali Məhkəmənin Mülki və kommersiya işləri üzrə məhkəmə təcrübəsi sektorunun müdiri Nazənin Hüseynova “Qadınlar hüquq və mühafizə sistemində”, “İrşad Electronics”in marketinq departamentinin rəhbəri Şəbnəm Hümbətova “Qadınlar marketinq sektorunda”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin proqram tərtibatçısı Günay Vəlibəyli isə “Qadınlar texnologiya sahəsində” mövzularında çıxışlarında tələbələrə şəxsi və peşəkar inkişaf yolundan, qarşılaşdıqları çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb, gənclərə faydalı tövsiyələr veriblər.


Daha sonra qadınların əmək bazarında rolu, gender bərabərliyi ilə bağlı fikir mübadiləsi aparılıb.




Həmçinin oxuyun:
Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri