Xəbərlər / Psixoloq / Müəllim
02 may 2018
17 533


Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

 

Aztehsil.com saytına  ümumtəhsil məktəblərində yaxın gələcəkdə psixoloq ştatının ləğv olunacağı əvəzində Sosial pedaqoq ştatının yaranacağı ilə bağlı məlumat daxil olub.Məktəb psixoloqlarının ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aprılması zamanı psixoloqların bu qiymətləndirmədən kənarda qalması ,eləcə də onların əmək haqqının artırılmamasının səbəbini də mənbə bununla izah edib. 

Belə ki Azərbaycan Respublikası Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə  təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının ümumi təhsil müəssələrinə aid VII bölməsində məktəb psixoloqlarının əmək funksiyasına dair heç bir qeyd verilməmişdir. Əvvəllər məktəb psixoloqlarının yerinə yetirdiyi vəzifələrin böyük bir qisminin əmək funksiyasına daxil olunduğu sosial pedaqoq haqqında isə deyilir :
 

 

SOSİAL PEDAQOQ

Əmək funksiyası. Müəssisədə və yaşayış yeri üzrə təhsilalanların (tərbiyə alanların, uşaqların) tərbiyəsi, təhsili, inkişafı və sosial müdafiəsi ilə bağlı tədbirləri həyata keçirir. Təhsilalanların (tərbiyə alanların, uşaqların) şəxsiyyətinin psixo-tibbi-pedaqoji xüsusiyyətlərini, onun mikromühit amillərini və həyat şəraitini öyrənir.
 
Təhsilalanların (tərbiyə alanların, uşaqların) maraqları və tələbatları, çətinlik və problemlərini, mübahisəli hallarını, davranışında pozuntuları aşkar edir və sosial yardım və dəstək göstərir. Təhsilalan (tərbiyə alan, uşaq) şəxslər, müəssisə, ailə, müxtəlif sosial xidmətlər, yerli icra strukturları və digər inzibatı orqanların əməkdaşları arasında vasitəçi kimi çıxış edir.

Sosial-pedaqoji işin məqsədlərini, üsullarını, formalarını müəyyən edir, şəxsi və müxtəlif sosial problemlərin həlli yolları, sosial müdafiə və sosial yardım, təhsilalan (tərbiyə alan, uşaq) şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı tədbirlər görür.
 
Təhsilalanların (tərbiyə alanların, uşaqların) və böyüklərin sosial baxımdan dəyərli fəaliyyətinin müxtəlif növlərini təşkil edir, sosial təşəbbüslərin inkişafına yönəlmiş tədbirlərin, sosial layihələrin və proqramların həyata keçirilməsi, onların işlənib hazırlanmasında və təsdiqində iştirak edir. Sosial mühitdə insansevər, mənəvi baxımdan sağlam münasibətlərin yaradılmasına imkan yaradır.
 
Psixoloji rahatlıq şəraitinin yaradılmasını, təhsilalan (tərbiyə alan, uşaq) şəxslərin təhlükəsizliyini, onların həyat və sağlamlığının qorunmasının təmin edilməsinə kömək edir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından təhsil alanların (tərbiyə alanların, uşaqların) işlə təmin olunması, hamiliyi, evlə təmin olunması, müavinətlər, pensiya, qoyulan əmanətlərin rəsmiləşdirilməsi, qiymətli kağızların istifadəsi ilə bağlı məsələləri həyata keçirir.
 
Müəllim, valideyn (onları əvəz edən şəxslər), sosial xidmətlərin mütəxəssisləri, ailə və gənclərin məşğulluq xidmətləri, xeyriyyəçi təşkilatlar və digərləri ilə qəyyumluq və himayəçiliyə ehtiyacı olan, əqli və fiziki imkanları məhdud, deviant davranışlı, o cümlədən, fövqəladə vəziyyətə düşmüş təhsilalanlar (tərbiyə alanlar, uşaqlar) arasında köməklik göstərmək məqsədilə qarşılıqlı əlaqə yaradır.

 Bilməlidir: "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Uşaq hüquqları haqqında”, "Sosial xidmət haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını; əmək və ailə qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; ümumi və sosial pedaqogikanı, yaş və uşaq psixologiyasını; sosial gigiyenanın əsaslarını; sosial-pedaqoji və diaqnostik metodikaları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və yaxud ali təhsil və yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə təhsil.

10-cu dərəcə: 3 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

11-ci dərəcə: 3 ildən 8 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj və ya ali təhsilini fərqlənmə diplomu ilə bitirən;

12-ci dərəcə: 8 ildən 13 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

13-cü dərəcə: 13 ildən 18 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

14-cü dərəcə: 18 ildən çox pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

15-ci dərəcə: elmi dərəcəsi olan və ixtisası üzrə işləyən; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim üçün metodik vəsait müəllifləri.

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?







Загрузка...
Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

Məktəbdə Təşkilatçı müavinin əmək funksiyaları

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası

Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Çoxuşaqlı ailələrə veriləcək uşaqpulu məlum oldu - QANUN

Çoxuşaqlı ailələrə veriləcək uşaqpulu məlum oldu - QANUN