AzTehsil.com
RU

Xəbərlər
13 aprel 2024
639

Zərərçəkmiş evə buraxıldı, məktəb direktoruna xəbərdarlıq edildi - Goranboydakı hadisə ilə bağlı AÇIQLAMA

Gəncə-Daşkəsən regional təhsil idarəsi Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin XI sinif şagirdləri arasında baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

Hadisə aprelin 3-də baş verib.

İdarə qeyd edib ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar.

“Bu barədə Gəncə-Daşkəsən regional təhsil idarəsi açıqlama yayıb. Qeyd edilib ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb.

Hazırda şagirdin səhhətində hər hansı təhlükə yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və İdarə tərəfindən izlənilir”, - deyə açıqlamada bildirilib.

Əlavə edilib ki, bununla yanaşı, baş vermiş hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb.

“Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktor vəzifəsini icra edən şəxsə xəbərdarlıq edilib. Bununla yanaşı, məktəbin direktoruna təhsil müəssisəsində sağlam mühitin təmin olunması üçün pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət, sinif rəhbəri, Uşaq Birliyi Təşkilatı Rəhbəri və psixoloqa isə töhmət verilməsi tapşırılıb.

Eyni zamanda, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə açıqlamada bildirilib.

Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI