Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?


reklam

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclaslarını təşkil edərkən sinif rəhbərləri valideynləri sinifin təlim-tərbiyə prosesində əldə etdiyi uğurlarla, ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış edir və valideynlərə xəbərdarlıq edir ki, hər bir valideyn övladı haqqında məlumatları ayrı-ayrılıqda əldə edə bilər.

Praktikadan göründüyü kimi, valideynlərin (xüsusilə də zəif oxuyan şagirdlərin valideynləri) sinif-valideyn iclaslarında iştirak etmir və ya zəif iştirak edir. Bunun əsas səbəbi sinif rəhbərlərinin sinif-valideyn iclaslarında qeyri-peşəkar davranışları, valideynlər qarşısında zəif nəticə göstərən valideynləri aşağılayırlar ("sənin uşağın oxumur”, "tərbiyəsizdir” "problem yaradır” və s), nəticə isə göz qabağındadır. Bütün həmkarlarımı dəvət edirəm-bir anlıq özümüzü o valideynlərin yerində təsəvvür edək.

Sinifdən-sinifə keçdikcə sinif-valideyn iclaslarında iştirak edən valideynlərin sayı azalır. I-IV siniflərdə keçirilən sinif-valideyn iclaslarında iştirak edən valideynlərlə V-VII, VIII-IX, X-XI siniflərdə olan valideyn iclaslarında iştirak edən valideynlərin say nisbətini müqayisə etsək, deyilənlərin öz təsdiqini tapdığını görəcəyik.

Odur ki, sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideynlərə iclasın sonunda şəxsən, təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin nəticələrini digər şagirdin valideynlərinin yanında müzakirə etməməlidir. Bu, pedaqoji cəhətdən yol verilməzdir. Yalnız müxtəlif yarışmalarda və müsabiqədə fərqlənən şagirlərin adı çəkilə bilər ki, bu da rəğbətləndirmə məqsədi güdməlidir. Bir şagirdi qaldırmaq, digərlərini aşağılamaq yox.

Sinif rəhbəri fərdi qəbul etdiyi valideynlərlə müzakirənin qısa və mənalı olması üçün vacibdir ki, qeydiyyat dəftərini açıb həmin şagirdlə bağlı apardığı qeydlərlə, fənn müəllimləri ilə söhbət zamanı apardığı qeydlərlə valideyni tanış etsin.

Sinif rəhbəri unutmamalıdır ki, valideynlərlə ünsiyyət zamanı onun əsas vəzifələrindən biri onlara pedaqoji-psixoloji komponentləri aşılamaqdır. Sinif rəhbəri ilə danışan valideyn məktəbi təmsil edən, yüksək savadlı və yüksək səviyyəli ziyalı və pedaqoqla danışdığını, işini sevən, bütün çətinliklərinə baxmayaraq, sənəti ilə fəxr edən bir MÜƏLLİMİN olduğunu hiss etməlidir. Valideyn kim olmasından, soaial vəziyyətinin necə olmasından asılı olmayaraq, o valideyndir, övladının təlim-tərbiyəsini bizlərə əmanət edən vətəndaşdır.

Sinif-valideyn iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti, gülərüzlülüyü, hər bir valideyinə eyni münasibəti ilə valideynlərin diqqətini cəlb etməlidir. Valideynlər arasında təşkilatçılıq qabiliyyəti olanları seçməyi bacarmalı, təşkilati məsələlərdə həmin valideynlərin bacarığından istifadə etməyi bacarmalıdır. Burada yenə bütün iş sinif rəhbərinin profesionallığından asılıdır.

Sinif rəhbəri ünsiyyətdə olduğu hər bir valideynlə münasibət qurarkən dövlət məmuru olmasını, işlədiyi məktəbi təmsil etdiyini, peşə şərəfinin hər şeydən uca olmasını unutmamalıdır. Valideynlərlə fərdi söhbət zamanı sinif rəhbəri, münaqişələrdən yan keçməyi, valideyni məktəbə qarşı münasibətdə düzgün münasibət qurmağa istiqamətləndirməyi bacarmalıdır.

Təəssüf ediləsi hallardan biri də valideynlərimizin bir qrupu həyatda rastlaşdıqları sosial problemlərin səbəblərini məktəbdə "görür”(baxmayaraq ki, heç bir məntiqə sıxmır belə münasibət ) və aqressiyanı məktəbə, müəllimə qarşı yönəldir. Məhz belə valideynlərlə ilk işi sinif rəhbəri qurur. Belə vəziyyətdə sinif rəhbərinin psixoloji-pedaqoji təcrübəsi ilə yanaşı, yüksək ünsiyyət və nitq bacarığının olması onun peşəkarlığının əsasını təşkil edir.

Sinif valideyn iclasının sonunda növbəti valideyn iclasının mövzusu elan edilir. Valideynlərlə razılaşdırılır. Valideynlərin təklifləri nəzərə alınır.

Sinif rəhbəri sinif-valideyn iclasının protokolunun bir nüsxəsini və iclas haqqında şifahi ( yazılı da ola bilər rəhbərliyin tələbindən asılıdır) olaraq məktəb rəhbərliyinə (Təşkilat üzrə direktor müavininə) məlumat verməlidir.
 
Elşən Qafarov 



Aztest.info





Müzakirə:



Keçidlər:





Reklam yeri:

loading...

Həmçinin oxuyun:

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ,  KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ, KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Valideynlərlə əlaqə  Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Valideynlərlə əlaqə Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Valideynlərlə əlaqə

Valideynlərlə əlaqə

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili