AzTehsil.com


Xəbərlər / Sinif rəhbəri / Təşkilat işləri üzrə dr/müavini
19 avqust 2017
42 096


SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ, KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ



 Valideyin iclasları ,onların əhəmiyyəti

 
Valideyin iclasları məktəblə valideyin arasında əməkdaşlığın  əsasıdır.Vaxtaşırı və ya dövrü olaraq keçirilir.Burada təlim-tərbiyə prosesinin vəziyyəti,onun inkişaf etdirilməsi yolları,məktəblə valideyinlər arasında əməkdaşlığın perespektiv (yaxın müddətə ) və strateji (uzun müddətli) istiqamətləri müəyyənləşdirilir eyni zamanda da keçmiş dövr üçün uğurlar,görülmüş işlər, nöqsanlar müzakirə olunur.,təhlillər aparılır......
Bu gün valideyin iclasları ilə bağlı  real vəziyyət  təhsil işçilərini və valideyinləri ciddi düşündürməlidir.

Təcrübəmdən deyə bilərəm ki,valideyin iclaslarının nüfüzdan düşməsi, sosial ziddiyətlərlə yanaşı kişi valideyinlərin (ata,baba dayı,əmi ) məktəbdən üz döndərməsi ,məktəblərdə gender probleminin (qadın müəllimlərinin-xüsusiylə şəhər və qəsəbə məktəblərində) qabarıq şəkildə mövcüd olması və ailələrdə təlim-tərbiyə işinin  yalnız anaların-qadınların üzərinə qoyulması ümumilikdə təhsilimizə dəyən ciddi zərbələrdən biridir.Bu zərbənin ağırlığını məktəb idarəediciləri daha yaxşı hiss etsələrdə zərbə son anda təhsilimizə ,övladlarımıza dəyir.

Valideyin iclaslarının nüfüzdan düşməsinin başqa bir ciddi səbəbi məktəb rəhbərliyi və sinif rəhbərlərinin  valideyin iclaslarının əsl mahiyyət və  məramını bir tərəfə qoyaraq özlərinin şəxsi maraqlarını işə salmaq üçün vasitəyə çevirməsidir. Belə ki, bir çox məktəblərimizi bürüyən neqativ hallar sinif valideyin iclaslarından "alovlanır”.

Valideyin iclasları haqqında bildiriş alan valideyinlərin əksəriyyətinin ağlına gələn ilk sual”yenə nə ?nə qədər? Nəyə görə ? istəyəcəklər” kimi suallar yaranır ki bu da təhsilimiz və belə hallara yol verən təhsil işçilərimiz üçün utancverici haldır.Bir çox hallarda sinif valideyin komitəsinin sədri( halbu ki onun vəzifəsi valideyinlərin hüquqlarını qurumaqdır) sinifdə  neqativ halların başında durur.Nə yaxşı ki, son bir neçə ildə Təhsil Nazirliyi belə neqativ hallara qarşı barışmaz mübarizə aparır bu kimi hallarla üzləşən valideyinlər isə haqlı olaraq 146 xidmətinə müraciət edirlər.

Sinif valideyin komitələri məktəbin kollegional orqanlardan biridirsə -onun fəaliyyətinin əsasını təşkil edən sinif valideyin iclasları da məktəb-valideyin əməkdaşlığının təməlidir,əsas şərtidir.

Sinif valideyin iclasları aşağıdakı hallarda toplanır ;

Təşkilati məsələlərlə bağlı,

Cari məsələlər və ya konkret hər hansı bir mövzu ilə bağlı,

Yekun–hesabat xarakterli ( tədris ilinin yarımillik və ya illik dövrünə yekun vurularkən)

Sinif valideyin iclasları həm valideyinlər ,həm də həmin sinifdə tədrislə məşğul olan digər pedaqoqlar üçün həm də yaranmış hər hansı bir problemin  (ayrı-ayrı şagirdlərin təlim-tərbiyəsi ilə və ya ayrı-ayrı müəllimlərlə) müzakirəsi,araşdırılması üçün əvəzsiz toplantıdır. Eni zamanda məktəb rəhbərliyi,psixoloq ,məktəb həkimi üçün də analız və təhlilərin valideyinlərlə müzakirəsi üçün əlverişli məqamdır.

Sinif valideyin iclaslarına hazırlıq

1.Sinif valideyin iclaslarına hazırlıq valideyinlər üçün çağırış və ya dəvətnamənin hazırlanması ilə başlayır.Bu dəvətnamədə valideyinin (ailə başçısının )adı soyadı qeyd eidlir, iclasın keçiriləcəyi tarix ,saatı və keçiriləcəyi otağın nömrəsi tam aydın şəkildı qeyd olunur.Eyni zamanda iclasın keçirilməsi səbəbi yəni müzakirə olunacaq mövzu yazılmalıdır.Valideyin hansı mövzu və ya mövzuların müzakirə olunacağını dəqiq bilməlidir. İclasın vaxtı məktəb rəhbərliyi ilə (direktor və ya müavinlərlə) razılaşdırılmalıdır.Yaxşı olar ki dövrü (hər 3-4 aydan bir ) və vaxtaşırı ( hər ay ) keçirilən iclasların yarımillik və ya illik cədvəli təşkilat işləri üzrə direktor müavini ilə razılaşdırılsın və eyni zamanda şagirdin gündəliyinin arxa səhifələrinin birində yazılsın ,eyni zamanda sinif otağında divardanda asılsın.

2. Sinifdə ayrı-ayrı fənləri tədris edən müəllimlərə iclasın vaxtı  bildirilsin. Sinifdə işləyən bütün müəllimlərin sinif valideyin iclaslarında iştirakı vacibdir.Hər bir valideynin hüququdur ki ,öz övladı haqqında lazımı irad və təklifləri birbaşa ona o, fənni tədris edən müəllimin özündən eşitsin. İstisna hallarda ,əgər fənn müəlliminin iş qrafiki iclasın vaxtı ilə uzlaşmırsa ,müəllimin vacib işi olduğuna görə, dərs saatı ilə üst-üstə düşərsə ,o zaman sinif rəhbəri həmin müəllim və ya müəllimlər  ilə iclasdan öncə görüşüb söhbət aparmalı,  hər bir şagird haqqında  qeydlər götürməlidir ki,iclas zamanı valideyinlərin suallarına cavab verə bilsin.

3.  Sinif rəhbəri təyin olunan iclas vaxtını mütləq məktəb psixoluqu ,kitabxanaçı və məktəb həkiminə bildirməli,onların sinif iclasında iştirak etməsini təmin etməlidir.
Sinif iclasları eyni zamanda valideyinlərə psixoloji və tibbi məsləhətlərin verilməsi,eyni zamnda bu sahədə onlarda yaranmış suallara cavab verilməsi üçün əlverişli toplantıdır.

4.Dəvətnamələrin valideyinlərə çatıb-çatmamasını dəqiqlədirmək lazımdır. (Bir çox hallarda şagirdlər bu dəvətnamələri evdə vermirlər ). Bu kimi hların qarşısını almaq məqsədi ilə İKT yeniliklərində ,sosial şəbəkədən istufadə də effektiv ola bilər. Rəhbərlik etdiyim məktəbdə bir çox sinif rəhbərləri votsap qrupu yaradaraq valideyinlərlə daha operativ əlaqə qurmuşlar. Eyni zamanda valideyinlərin daha çox istifadə etdikləri sosial şəbəkələrüzərində də yalnız sinif valideyinlərini əhatə edən qruplar yaratmaq olar. Bu zaman məktəb rəhbərliyindən bir nəfər ,məktəb həkimini,psixooqu,kitabxanaçını da həmin qruplara üzv etmək məqsədə müvafiq olardı.....

Siinf valideyin iclaslarının təşkili

Sinif valideyin iclaslarını təşkil edərkən sinif rəhbərləri valideyinləri sinifin  təlim-tərbiyə prosesində əldə etdiyi uğurlarla,ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış edir və valideyinlərə xəbərdarlıq edir ki,hər bir şagir haqqında məlumatları ayrı-ayrılıqda əldə edə bilərlər.Praktikadan göründüyü kimi ,valideyinlərin (xüsusiylədə zəif oxuyan şagirdlərin valideyinləri) sinif valideyin iclaslarında iştirak etmir və ya zəif iştirak edir.
 
Bunun əsas səbəbi sinif rəhbərlərinin sinif valideyin iclaslarında qeyri-peşəkar davranışları , valideyinlər qarşısında zəif nəticə göstərən valideyinləri aşağılayırlar ("sənin uşağın oxumur”, "tərbiyəsiszdir” "problemyaradır” və s),nəticə isə göz qabağındadır.Bütün həmkarlarımı dəvət edirəm-bir anlıq özümüzü o valideyinlərin yerinə təsəvvür edək.Sinifdən-sinifə keçdikcə sinif valideyin iclaslarında iştirak edən valideyinlərin sayı azalır.I-IV siniflərdə keçirilən sinif valideyin iclaslarında iştirak edən valideyinlərlə V-VII,VIII-IX,X-XI siniflərdə olan valideyin iclaslarında iştirak edən valideyinlərn say nisbətini müqayisə etsək deyilənlərin öz təsdiqini tapdığını görəcəyik.

Odur ki, sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideyinlərə iclasın sonunda şəxsən,təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin nəticələrini digər şagirdin valideyinlərinin yanında müzakirə etməməlidir.Bu pedaqoji cəhətdən yol verilməzdir. Yalnız   müxtəlif yarışmalarda və müsabiqədə fərqlənən şagirlərin adı çəkilə bilər ki, bu da rəğbətləndirmə məqsədi güdməlidir. Bir şagirdi qaldırmaq ,digərlərini aşağılamaq yox. 

Sinif rəhbəri fərdi qəbul etdiyi valideyinlərlə müzakirənin qısa və mənalı olması üçün vacibdir ki , qeydiyyat dəfərini açıb həmin şagirdlə bağlı apardığı qeydlərlə , fənn müəllimləri ilə söhbət zamanı apardığı qeydlərlə valideyni tanış etsin.

Sinif rəhbəri unutmamalıdır ki ,valideyinlərlə ünsiyyət zamanı onun əsas vəzifələrindən biri onlara pedaqoji-psixoloji komponentləri aşılamaqdır.Sinif rəhbəri ilə danışan valideyin məktəbi təmsil edən , yüksək savadlı və yüksək səviyyəli ziyalı və pedaqoqla  danışdığını , işini sevən ,bütün çətinliklərinə baxmayaraq sənəti ilə fəxr edən bir MÜƏLLİMİN olduğunu hiss etməlidir. Valideyn kim olmasından,soaial vəziyyətinin necə olmasından asılı olmayaraq o valideyindir,övladının təlim-tərbiyəsini bizlərə əmanət edən vətəndaşdır.

Sinif valideyin iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti,gülərüzlülüyü,hər bir valideyinə eyni münasibəti ilə valideyinlərin diqqətini cəlb etməlidir.Valideyinlər arasında təşkilatçılıq qabiliyyətiolanları seçməyi bacarmalı, təşkilati məsələərdə həmin valideyinlərin bacarığından istifadə etməyi bacarmalıdır.Burda yenə bütün iş sinif rəhbərinin profesionllığından asılıdır. 

Sinif rəhbəri ünsiyyətdə olduğu hər bir valideyinlə münasibət qurarkən dövlət məmuru olmasını, işldiyi məktəbi təmsil etdiyini , peşə şərəfinin hər şeydən uca olmasını unutmamalıdır. Valideyinlərlə fərdi söhbət zamanı sinif rəhbəri ,münaqişələrdən yan keçməyi , valideyni məktəbə qarrşı münasibətdə düzgün münasibət qurmağa istiqamətləndirməyi bacarmalıdır.
 
Təəsüf ediləsi hallardan biri də valideyinlərimizin bir qrupu həyatda rastlaşdıqları sosial problemlərin səbəblərini məktəbdə "görür”(baxmayaraq heç bir məntiqə sıxmır belə münasibət ) və aqresiayını məktəbə ,müəllimə qarşı yönəldir.Məhz belə valideyinlərlə ilk işi sinif rəhbəri qurur.Belə vəziyyətdə sinif rəhbərinin psixoloji-pedaqoji təcrübəsi ilə yanaşı yüksək ünsiyyət və nitq bacarığının olması onun peşəkarlığının əsasını təşkil edir.

Sinif valideyin iclasınının sonunda   növbəti valideyin iclasının mövzusu elan edilir .valideyinlərlə razılaşdırılır.Valideyinlərin təklifləri nəzərə alınır.
Sinif rəhbəri sinif valideyin iclasının pratakolunun bir nüsxəsini və iclas haqqında şifahi ( yazılı da ola bilər rəhbərliyin tələbindən asılıdır) olaraq məktəb rəhbərliyinə (Təşkilat üzrə direktor müavininə) məlumat verməlidir.

Sinif valideyin iclaslarının sənıdləşdirilməsi

Sinif valideyin iclasları tədris ilinin əvvəlindən başlayaraq «Sinif valideyn iclaslarının pratakollar kitabı” nömrələnir və pratakollaşdırılır.    
Sinif valideyin iclasları aşagıda verilmiş şəkildə pratakollaşdırılır :

                                                          ____№-li tam orta məktəbin____sinifinin 
                                                         ____   __________ 2015-ci il tarixli iclası


                                                  PROTOKOL  № 3
 İştirak edirdi________ nəfər

Dəvət olunanlar:______________________

1.Təşkilat işləri üzrə direktor müavini____________________

2. Psixoloq_____________________________________

3 Kitabxanaçı ___________________________________

Valideyin iclası başlandı saat___________                         Qurtardı _________

Gündəlik məsələlər

1.Sinif şagirdlərinin tədris ilinin ilk 3 ayında (sentyabr,oktyabr,noyabr)  təlim-tərbiyədə göstərdikləri nəticələrin müzakirəsi

2.Sinif şagirdlərinin Dirçəliş günü ilə bağlı Şəhidlər muzeyinə ekskursiyasının təşkli

3.Cari məsələlər

Reqlament :

Məruzə üçün  5 ( və ya 10 ) dəqiqə,  çıxışlar üçün 3 dəqiqə

I Məsələ

Eşidildi : Məruzəçi danışdıqdan sonar bir neçə çıxışçı dnışır _______________________________________________________________________

Qərara alındı :____________________________________________________________
 
II  Məsələ 
_______________________________________________________________________
Qərar alındı :

III Məsələ :
_______________________________________________________________________
Qərara alındı:
_______________________________________________________________________
 
 
İclasın sədri:_________________________________(imza    )
 
Katibi _____________________________________(                      )





Загрузка...
Həmçinin oxuyun:
Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ