Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Əmrə əsasən, "Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin fəaliyyət planı da təsdiqlənib. Bu da təsadüfi deyil, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərindən irəli gələn vəzifədir: "Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir."

Məlumdur ki, dövlətin, cəmiyyətin və təhsil alanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarət olub. Əbəs yerə deyil ki, pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti "cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya" kimi xarakterizə olunur. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə isə "Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil prоqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruktur, infоrmasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və s.) uyğun оlaraq müəyyən edilir.

Bu mənada təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə Təhsil Nazirliyində "Monitorinq və qiymətləndirmə" şöbəsi yaradılmış, bir müddət sonra "Təhsilin statistikası və keyfiyyəti" şöbəsilə əvəzlənmiş, nəhayət "Statistika və proqnozlaşdırma” adlandırılmış, hətta "Təhsil haqqında" Qanuna "Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi" baradə ayrıca maddə belə salınmışdır.

Hələ müstəqilliyimizin ilk illərində qəbul olunan təhsil sahəsində ilk "İslahat Proqramı"na islahatın əsas məqsədlərindən biri kimi "bütün qurumların fəaliyyətini təhsil alanların mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" barədə müddəa daxil edilmiş, bu məqsədlə bir-birinin ardınca "pedaqoji təfəkkürün formalaşdırılması", "funksional rejimdən innovasiya prosesinə keçilməsi", "təhsil sistemində müasir yanaşmaların təşəkkülü", hətta "təhsilin istehsal sahəsi deyil, xidmət kimi qəbul edilməsi" və s. bu kimi ümidverici ideyalar belə irəli sürülmüşdür .

Nəhayət, son olaraq Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında "təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədlə təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəflər əhatə edilib.

Ümumiyyətlə keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?

Qüvvədə olan təhsil qanunvericiliyinə əsasən təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə uyğun olaraq müəyyən edilir. Qanunda qeyd edilən müvafiq keyfiyyət göstəriciləri sisteminə isə nə az, nə çox-"təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza,infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.” daxildir. Rəsmi dövlət sənədində abstrakt "və s". anlayışı nə deməkdir? Yəqin bu, o deməkdir ki, təhsilin keyfiyyətini müəyyənləşdirmək ücün əbəs yerə cəhd göstərib özünüzü yormayın.

Razılaşaq ki, istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standarta nə qədər yaxındırsa, keyfiyyət də bir o qədər yüksək hesab olunur. Onu da nəzərə alaq ki, təhsilin keyfiyyəti də əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara, yəni standartlara nisbəti ilə müəyyənləşdirilir. Təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi kimi dəyərləndirildiyindən deməli, keyfiyyətin də məhz nəticələr əsasında qiymətləndirilməsi birmənalıdır.

Bacarıq və vərdişləri bir kənara qoyub, təkcə orta ümumtəhsil məktəbləri məzunlarının buraxılış və qəbul qəbul üzrə bilik səviyyəsinin müqayisəsi-qiymətləndirmə mexanizmlərində olan boşluqları üzə çıxarır. Üzgörənliyi nəzərə almasaq belə, ya məzunların attestat qiymətləri ilə rəğbətləndirilməsində obyektiv meyarlar tətbiq olunmayıb, ya da ki, orta məktəblərdə tətbiq olunan ənənəvi 5 ballıq klassik qiymətləndirmə ilə ali məktəblərdə qiymətləndirməyə 700 ballıq yanaşma arasında müəmmalı fərq var. Hər iki halda qiymətləndirmə prosesinin kobud surətdə pozulması halı keyfiyyətin reallığını əks etdirə bilməz. Əgər bu halda tətbiq olunan meyarlar özünü doğrultmayıbsa, deməli digər halların qiymətləndirilməsi üçün ümumiyyətlə, heç bir meyar işlənib hazırlanmayıb.

2006-cı ildən etibarən ölkəmizdə ümumtəhsilin konsepsiyası kimi qəbul edilən milli kurikulum tətbiq olunur. Bu sənədə əsasən ənənəvi təhsil proqramlarının bilikyönümlü olmasından fərqli olaraq, müasir kurikulumlar şəxsiyyətyönümlüdür. Müəllimyönümlülük şagirdyönümlülüklə,

fənyönümlülük nəticəyönümlülüklə, təklifyönümlülük tələbyönümlülüklə əvəz olunub və s. Sanki əvvəllər nə təklif olub, nə tələb, nə də nəticə. Məsələ bunda deyil.

Adətən, ümumtəhsil məktəbinin fəaliyyəti onun məzunlarının təhsil nailiyyətləri ilə, başqa sözlə neçə şagirdin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişı ilə qiymətləndirilərdi.Yəni meyar qismində sadalanan keyfiyyətlər nəzərə alınırdı. İndi də belədir. Baxmayaraq ki, ümumtəhsil məktəbinin vəzifəsi təkcə təhsil alanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini təmin etmək deyil, eyni zamanda milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.

Digər xüsusiyyətlərdən yan keçsək belə, müasir dünyagörüşlü şəxsiyyət formalaşdırmağın, şəxsiyyətyönlü təhsilin nə olduğunu müəyyənləşdirmək və nəticələrimizə qiymət vermək üçün əsasımız olmayacaq, çünki bu xüsusiyyətləri dəyərləndirmək üçün əlimizdə ölçüyə gələ biləcək kriteriyalarmı deyək, meyarlarmı deyək, etalonlarmı deyək, konkret standartlar yoxdur. Buna görə də bu kimi cəhdlərlə təhsilin keyfiyyətini "yüksəltmək" əvəzinə mövcud durumu hərəkətə gətirmək üçün vəziyyətdən çıxış yolunu daha reallığa söykənən vasitələrdə axtarmaq lazımdır.

Ümid edək ki, "Ümumi təhsildə keyfiyyət ili” elan edilən 2017-2018-ci dərs ili çərçivəsində nazirliyin fəaliyyət planı əsasında həyata keçiriləcək tədbirlər məhz "Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” istiqamətində keçid mərhələsi olmaqla bu sahədə müəyyən dönüş yaradılmasına xidmət edəcək.
 
Moderator.az



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təhsilin məzmunu

Təhsilin məzmunu

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Təhsil Qanunu"na aid testlər və cavabları