Xəbərlər
14 iyun 2017
853

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

 

Millət vəkili Qənirə Paşayeva Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbdə, Məharət Məmmədov adına Qovlar şəhər tam orta məktəbdə, Eyvaz Bayramov adına Əyyublu kənd orta məktəbində, Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbində və Düz Qırıqlı kənd 1№-li tam orta məktəbində "Son Zəng"də iştirak edib, məzunları təbrik edib və onlara uğurlar diləyib. Millət vəkili eyni zamanda gənclərimizin təhsil almasında əziyyət çəkən müəllimləri və əziz valideynlərini də təbrik edib. "Bu, sizin həyatınızda çox önəmli bir mərhələnin başlanğıcıdır və bunu yüksək dəyərləndirməlisiniz" deyən millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq gənclər üçün daha böyük vəzifələrin bundan sonra başlayır: "Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir şagirdimiz etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi.
 
Hər il Tovuz rayonundan ali məktəblərə daxil olan gənclərin sayında artımın olması bizi sevindirir deyən millət vəkili Qənirə Paşayeva Tovuz gəncləri daha böyük potensiala malikdir və onların daha da çox təhsilə yönləndirilməsi istiqamətində hamımız müəllimlərimiz, millət vəkili olaraq bizlər səylərimizi daha da artırmalıyıq deyib. Hərbi məktəblərə daxil olan gənclərin də hər il artması və Tovuzun bu nəticələrə görə ön sıralarda olmasını müsbət hadisə kimi qiymətləndirərək bu il bu göstəricilərin daha da artacağına inandığını deyib. Hər bir gəncimiz eyni zamanda öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir deyən millət vəkili Qənirə Paşayeva dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini də vurğulayıb. Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.
 
moderator.az






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

"Xarici sərmayədarların təhsil müəssisəsi açması xoşagəlıməyən nəticələrə gətirib çıxara bilər"

“Təhsil Nazirliyi aprel döyüşləri ilə bağlı addımlar atmalıdır”

“Təhsil Nazirliyi aprel döyüşləri ilə bağlı addımlar atmalıdır”

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı