AzTehsil.com


Xəbərlər
22 fevral 2017
3 373


Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib



Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

 

Təhsil Nazirliyi bəzi fiziki məhdudiyyətli tələbələri ödənişdən azad edib. Bu məlumatı təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşıb.

Aztehsil.com həmin paylaşımı sizə təqdim edir:

 

Əziz dostlar, çox gözəl bir xəbəri sizinlə bölüşmək istəyirəm:

Bilirsiz ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul oluram (O məktəbin müəllimi olmasam da). Təmannasız olaraq ali məktəblərə hazırlığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar. 

Xatırlayırsızsa onların təhsil haqqı ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.

Bu zaman hörmətli millət vəkili Ganire Pashayeva məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda Nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

 

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15ə qədər hal hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələrdə var idi.

Bu gün həmən tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub. 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2ci qrup) tələbələri təhsil haqqından azad edib. 

Çox sağ olun hörmətli Nazir Mikayıl Cabbarov, çox sağ olun hörmətli millət vəkili Qənirə xanım Paşayeva. 

Bu tələblərə böyük stimul verdi. Onları sevindirdiyiniz üçün həm öz adımdan, həmdə tələbələr adından təşəkkür edirəm.

 

aztehsil.com




Загрузка...