DİM məlumat YAYIB
Son vaxtlar buraxılış imtahanlarına martın 1-dən başlanacağı ilə bağlı məlumatlar yayılır. Belə ki, imtahanların martın əvvəlində start götürəcəyi barədə müxtəlif fikirlər səsləndirilir.
AzTehsil.com- Maraqlıdır, bu nə dərəcədə həqiqəti əks etdirir?
Sözügedən məsələ ilə bağlı Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Mərkəzdən bildirilib ki, martın 1-də buraxılış imtahanının keçirilməsi xəbəri doğru məlumat deyil.
Həmçinin Dövlət İmtahan Mərkəzi imtahan tarixlərinin açıqlanması ilə bağlı məsələyə də aydınlıq gətirib:
"İmtahan tarixləri adətən ilin əvvəllərində açıqlanır",- deyə DİM-dən məlumat verilib.
Qeyd edək ki, bu il keçirilən bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri yanvarın 10-u elan olunub.![]()












