QUBA MƏKTƏBİNİN UĞURU
AzTehsil.com xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə keçirilən Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Çempionatının final mərhələsində Quba rayonu məktəblərinin komandaları uğurla iştirak ediblər.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba rayonu İkinci Nügədi kəndi Oktay Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin "İnvictus" komandası, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin RT - Team və Second RT-Team komandaları, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin "FətəliXan" komandası 2 aprel tarixində Bakı şəhərində keçirilən "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Çempionatının final mərhələsində iştirak etmişdir.
Final mərhələsində paytaxt və regionlardan olan məktəblilərdən ibarət 39 komanda arasında Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin Second RT-Team komandası 2-ci yerə layiq görülmüş, digər komandalar isə oyunda iştirakına görə diplomla təltif olunmuşdur.
Yarışda uğur qazanmış şagirdlərimizi təbrik edirik!