“İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirilib
Naxçıvanda təhsilverənlərlə “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirilib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, görüşdə ümumtəhsil məktəblərinin pedaqoji heyəti və psixoloqları iştirak edib.