Bu il 85 mindən çox uşağın birinci sinfə qəbulu həyata keçiriləcək
Bu il 85 mindən artıq uşağın avtomotik olaraq birinci sinfə qəbulu həyata keçiriləcək. Bu ilkin rəqəmlərdir. Həmin uşaqlar hazırda məktəbəhazırlıq qruplarında təhsil alırlar. Bunu Məktəbəqədər və Ümumi Təhsil Dövlət üzrə Agentliyinin Ümumi təhsilini idarə edən şəxs Nurlan İsmayılbəyli feysbukda canlı yayımda deyib.
AzTehsil.com xəbər verir ki,"Rus bölməsində təhsil almaq istəyən uşaqlar üçün müsahibə prosesi təşkil olunacaq. Bununla bağlı elanlar veriləcək".