Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
"Məktəbəhazırlığın təşkili Qaydaları” 8 yanvar 2010-cu ildən qüvvəyə minmişdir.Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb və məktəbəhazırlığın təşkili məsələlərini tənzimləyir.
Beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir ("Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən 2020-ci ilədək mərhələli şəkildə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə cəlb edilməsi 90 faizə çatdırılmalıdır).
16 iyun 2017-ci ildə Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.
Beşyaşlıların məktəbə hazırlığı "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilir. (Sənəd təhsil nazirinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq edilib.) 2017-ci ildə Məktəbəqədər Təhsil Kurikulumunun təkmilləşdirilmiş variantı Təhsil Nazirliyinə təqdim 3 Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası edilmişdir.
Beşyaşlıların məktəbəhazırlığı məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında), məktəblərdə, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər.
Məktəbəhazırlığın məqsəd və vəzifələri
Məktəbəhazırlığın əsas məqsədibeşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Məktəbə hazırlığın vəzifələri:
- uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi,
- uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.