Sertifikasiyadan keçməyən müəllimlər işlə təmin olunub
Sertifikasiyadan keçməyən müəllimlər işlə təmin olunub.
Sertifikasiya imtahanında uğur qazana bilməyən 7300-ə yaxın müəllimin alternativ iş yerləri ilə təmin olunması üçün müəyyən işlər görülür.
AzTehsil.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən media brifinqində saytımızın müxbirinin sualını cavablandırarkən deyib.
"Çox adam sadəcə müəllimin işdən çıxarılmasından danışır. Burada əsas məsələ uşaqların öyrənməsidir. Biz dördüncü siniflər üçün monitorinqlər edirik. Bir müəllimin sinfindəki 20 uşaq minimum balı toplaya bilmirsə, deməli dərsi tədris edə bilmir. Elə müəllimi biz çıxarmalıyıq. Təbii ki, onların sonrakı fəaliyyətini də düşünürük. Lakin yenə də əsas bizim üçün şagirdlərdir.",-nazir bildirib.
E.Əmrullayev bəzi müəllimlərin aşağı iş saatı ilə razılaşdığını qeyd edib:
"Bəzi müəllimlər heç sonradan işləmək istəmir. Gündə 4 saat dərs demək rahatdır. O rahatlıqdan sonra başqa işdə işləmək istəməyənlər də olur. Bu da onların seçimidir".