AzTehsil.com

Manşet / test / Xəbərlər / İnnovasiyalar / İKT / Müəllim / Digər Elan
01 aprel 2025
441

MİQ-də uğursuz olanlar necə iş tapa bilərlər? - FÜRSƏTLƏR



2024-2025-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinə müraciət etmiş 70 minə yaxın şəxsin 6 300-ə yaxını işlə təmin olunub və elan edilmiş vakant yerlərin 90%-i tutulub. Müşahidələrə əsasən, görünür ki, işə qəbul olmayan namizədlərin bir çoxu motivasiyadan düşür.Bəs görəsən, pedaqoji təhsilli şəxslər hansı sahələrə üz tutsalar daha asanlıqla işlə təmin oluna bilərlər?

AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov  açıqlamasında bildirib ki, özəl sektor müəllimlər üçün ən real alternativlərdən biridir:“Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edənlərin sayı hər il onminlərlə nəfər olur. 2024-2025-ci tədris ili üzrə müsabiqədə 70 minə yaxın namizəd iştirak edib, onlardan 50 mindən çoxu test mərhələsində imtahan verib. Yekun nəticələrə əsasən, yalnız 6 300-ə yaxın müəllim işlə təmin olunub. Bu, o deməkdir ki, on minlərlə namizəd müxtəlif səbəblərə görə iş tapa bilməyib və onların bir çoxu növbəti illərdə təkrar imtahan verməyə məcbur qalır. Lakin uzun illər ərzində uğur qazana bilməyən pedaqoji təhsilli şəxslər üçün alternativ iş imkanlarının araşdırılması vacibdir. Bu insanlar təhsil sahəsində topladıqları bilik və bacarıqları fərqli istiqamətlərdə tətbiq edə bilərlər.Pedaqoji təhsil almış şəxslərin iş tapmaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri dövlət məktəblərində mövcud olan vakant yerlərin məhdudluğudur. Hər il müsabiqəyə qatılan namizədlərin sayı işə qəbul edilənlərin sayından xeyli çoxdur. Bunun nəticəsində yüzlərlə müəllim ya işsiz qalır, ya da repetitorluq, özəl məktəblərdə və kurslarda dərs deməklə məşğul olur. Lakin bu, uzunmüddətli və sabit bir karyera perspektivi :

“Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edənlərin sayı hər il onminlərlə nəfər olur. 2024-2025-ci tədris ili üzrə müsabiqədə 70 minə yaxın namizəd iştirak edib, onlardan 50 mindən çoxu test mərhələsində imtahan verib. Yekun nəticələrə əsasən, yalnız 6 300-ə yaxın müəllim işlə təmin olunub. Bu, o deməkdir ki, on minlərlə namizəd müxtəlif səbəblərə görə iş tapa bilməyib və onların bir çoxu növbəti illərdə təkrar imtahan verməyə məcbur qalır. Lakin uzun illər ərzində uğur qazana bilməyən pedaqoji təhsilli şəxslər üçün alternativ iş imkanlarının araşdırılması vacibdir. Bu insanlar təhsil sahəsində topladıqları bilik və bacarıqları fərqli istiqamətlərdə tətbiq edə bilərlər.Pedaqoji təhsil almış şəxslərin iş tapmaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri dövlət məktəblərində mövcud olan vakant yerlərin məhdudluğudur. Hər il müsabiqəyə qatılan namizədlərin sayı işə qəbul edilənlərin sayından xeyli çoxdur. Bunun nəticəsində yüzlərlə müəllim ya işsiz qalır, ya da repetitorluq, özəl məktəblərdə və kurslarda dərs deməklə məşğul olur. Lakin bu, uzunmüddətli və sabit bir karyera perspektivi yaratmır.Özəl sektor müəllimlər üçün ən real alternativlərdən biridir. Azərbaycanda hazırda yüzlərlə özəl məktəb, kollec və kurs fəaliyyət göstərir. 2023-cü ilin statistikasına görə, ölkədə fəaliyyət göstərən özəl ümumtəhsil müəssisələrinin sayı 60-dan çoxdur və bu məktəblərdə 20 mindən artıq şagird təhsil alır. Ölkədə müxtəlif istiqamətlərdə təhsil verən özəl kurslar da geniş yayılıb və burada müəllimlər üçün iş imkanları mövcuddur. Lakin özəl məktəblərdə işləmək üçün əlavə təcrübə və fərdi bacarıqlar tələb oluna bilər. Bəzi özəl məktəblər xarici dil biliyini və xüsusi metodikalardan istifadə etməyi zəruri sayır. Bu səbəbdən pedaqoji təhsil almış şəxslər yeni bacarıqlar qazanmağa çalışmalıdırla.Müasir dövrdə rəqəmsal təhsil imkanları genişlənib və müəllimlər üçün onlayn tədris platformaları yeni iş yerləri açır. Azərbaycanda və dünyada bir çox müəllim Zoom, Google Meet və digər platformalar vasitəsilə onlayn dərslər keçir. Əgər bir müəllim ingilis dili, riyaziyyat, informatika və ya digər beynəlxalq dərəcədə tələbat olan fənlər üzrə dərs keçə bilirsə, bu halda o, xarici tələbələr üçün də dərslər təşkil edə bilər. Dünyada onlayn təhsil bazarının həcmi 2022-ci ildə 315 milyard dollar təşkil edib və bu sektorun sürətlə böyüməsi gözlənilir. Azərbaycanda da bu sahə inkişaf edir və müəllimlər üçün yeni imkanlar yaradır.

Tədris materiallarının hazırlanması və təhsil texnologiyaları sahəsi də pedaqoji biliklərə malik şəxslər üçün alternativ karyera imkanları təqdim edir. Bu sahədə çalışanlar metodik vəsaitlər, dərsliklər, onlayn kurslar və test bankları hazırlamaqla məşğul ola bilərlər. Son illərdə Azərbaycanda elektron təhsil resurslarına ehtiyac artıb və bu, müəllimlər üçün yeni iş imkanları yaradır. Beynəlxalq təcrübəyə baxsaq, ABŞ və Avropa ölkələrində müəllimlərin bir çoxu müəllif kimi fəaliyyət göstərir və öz metodik materiallarını satmaqla gəlir əldə edirlər”.Müsahibimiz qeyd edib ki, dünya təcrübəsində müəllimlər üçün alternativ karyera yollarından biri də qeyri-hökumət təşkilatlarında (QHT) və beynəlxalq təhsil proqramlarında iştirak etməkdir:“UNESCO, UNICEF, British Council və digər təşkilatlar təhsil sahəsində müxtəlif layihələr həyata keçirirlər və bu sahədə çalışan mütəxəssislərə ehtiyac duyulur. Azərbaycanda da təhsil yönümlü QHT-lər fəaliyyət göstərir və burada pedaqoji bacarıqları olan şəxslər müxtəlif layihələrdə iştirak edə bilərlər.Müəllimlərin başqa sahələrdə də işləyə bilməsi üçün yeni bacarıqlar qazanması vacibdir. Xüsusilə təhsil texnologiyaları, psixoloji məsləhətçilik, akademik menecment və karyera yönləndirmə kimi sahələrdə ixtisaslaşmaq yeni imkanlar yarada bilər. Beynəlxalq təcrübəyə nəzər yetirsək, Finlandiya və Almaniyada müəllimlər üçün alternativ peşə seçimləri çoxdur və bu, onların iş bazarında çevik olmasını təmin edir. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılmalı, pedaqoji kadrların müxtəlif sahələrdə işləyə bilməsi üçün əlavə kurslar və proqramlar təşkil olunmalıdır.MİQ imtahanından keçə bilməyən və iş tapa bilməyən müəllimlərin motivasiyasını itirməməsi üçün yeni imkanlar barədə məlumatlandırılması vacibdir. Bu şəxslər alternativ karyera yollarını araşdırmalı, əlavə bilik və bacarıqlar əldə etməli və yalnız dövlət məktəblərində müəllim kimi işləməklə məhdudlaşmamalıdırlar. Təhsil sahəsi genişdir və burada fərqli istiqamətlərdə uğur qazanmaq mümkündür”.


 





Həmçinin oxuyun:
Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Diplomu əlində iş axtaranlar

Diplomu əlində iş axtaranlar

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Namizədlərdən rəy tələb edilməyəcək,üstünlük yerli sakinlərə verilir

Namizədlərdən rəy tələb edilməyəcək,üstünlük yerli sakinlərə verilir

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Təhsil statistikası - 2019

Təhsil statistikası - 2019

Müəllimlərin işə qəbulunda yeniliklər

Müəllimlərin işə qəbulunda yeniliklər

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Təhsildə keyfiyyət müəllimdən başlayır

Təhsildə keyfiyyət müəllimdən başlayır