AzTehsil.com

Şagird / Müəllim
26 fevral 2025
137

Şagirdlərə planşetlər paylanılsın - Ekspertdən təklif



Nadir İsrafilov təhsil üzrə eksperti


AzTehsil.com - Rəqəmsallığın artması müsbət tərəfləri ilə yanaşı istifadəçilərin virtuallığa meylinə, internet asılılığına da təsirsiz ötüşmür... 

Məlum olduğu kimi son illər bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət” siyasəti həyata keçirilir ki, bu da müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəltməkdir. Bu da təbiidir və bu proses təhsil sistemindən də yan keçə bilməzdi. Bununla belə, getdikcə sürətlənən qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların inkişafı və digər texniki proseslərin insani münasibətlərin önünə keçməsi, ifrat dərəcədə virtullıq, vizuallıq və verballıq əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü, habelə təhsilin forma və məzmun elementlərinin ötürücüsü kimi insan faktorunu bir növ arxa plana keçirib, bir sıra qabaqlayıcı tədbirlərə əl atılmazını zəruriləşdirib. 


Ölkə başçısının da xüsusi olaraq vurğuladığı kimi “Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir.” Görünür son illər təhsilimizdə şagird, valideyn, müəllim və direktor rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını və rəqabətə davamlılığı təmin edə biləcək rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platforması kimi.“Rəqəmsal Məktəb” platformasına xüsusi diqqət yetirilir. Platformada şagird, valideyn, müəllim və direktor üçün bölmələrin olması, şagirdlərin burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola bilməsi, valideynlərin platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilmələri yaxşı haldır. Lakin gəlin görək, bütün müəllimlər və direktorlar öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə bilirlərmi? Bütün valideynlər övladının təhsil göstəricilərini identifikasiya kodu ilə onlayn izləmək imkanına malikdirlərmi? Məktəblərdə ənənəvi jurnalların elektron jurnallar və gündəliklərlə, o cümlədən də kağız dərsliklərin elektron dərsliklərlə əvəz olunması uzun müddətdən bəri müzakirə olunan məsələlərdən biridir.Ədalət naminə deyək ki, bu istiqamətdə müəyyən işlər görülüb və bu kimi yeniliklər.heç şübhəsiz ki, təhsil sisteminin elektronlaşmasına xidmət edəcək. Elektronlaşma isə öz növbəsində informasiyanın əlçatanlığı baxımından yeni imkanlar açacaq və təhsil sisteminin yenilənməsinə və təkmilləşməsinə müsbət təsir göstərəcək. 


Elektron jurnallar övladlarının dərsə davamiyyəti və biliyinin qiymətləndirilməsilə bağlı valideynləri məlumatlandırmaq funksiyasını yerinə yetirirməklə yanaşı, həm də valideynə məktəbə gedən övladını nəzarətdə saxlamağa imkanı yaradacaq. Elektron jurnala valideynin əlaqə nömrəsi daxil edilir və o sms vasitəsilə avtomatik olaraq övladının gündəlik hansı qiyməti aldığını bilir. Amma elektron jurnal məsələsi həm də müəllimlərin iş yükünün artması deməkdir. Müəllim həm ənənəvi kağız daşıyıcısı olan jurnalı, ardınca da elektron jurnalı yazmalı olur. Məsələnin qeyri-məqbul cəhəti ondadır ki, bu hal valideynin bir növ məktəblə canlı ünsiyətini məhdudlaşdırır ki, burdada virtuallıq məktəb-valideyn münasibətində soyuqluq yaranmasına zəmin yaradır Və ya götürək elektron dərsliklərin yaradılmasını, 


Bu, ekologiyanın qorunması, kütləvi ağac kəsiminin məhdudlaşdırılması, şagirdlərin ağır çanta yükünün aradan qaldırılması baxımından müsbət haldır. Məlumat üçün bildirim ki, hələ 2012-ci ildən başlayaraq qardaş Türkiyənin ümumtəhsil məktəblərində çox böyük strateji əhəmiyyət daşıyan “FATİH Projesi” adlı proqram həyata keçirilir. Proqrama uyğun olaraq, ölkənin bütün şagirdlərinə dövlət hesabına fərdi tablet, planşetlər verilir. Bu planşetlər təlim prosesində istifadə olunur, müxtəlif tədris vəsaitləri və məlumat qaynaqları ora yüklənir. Bununla da şagirdlərin canı kağız dərsliklərdən, dövlətin canı isə hər il sərf olunan əlavə maliyyə vəsaitlərindən qurtulmuş olur. Biz buna hazırıqmı? Bir sözlə, çalışaq “İstəklərimizlə deyil, imkanlarımızla hesablaşaq..."






Həmçinin oxuyun:
Şagirdlərə planşetlər paylanılsın- Ekspertdən təklif

Şagirdlərə planşetlər paylanılsın- Ekspertdən təklif

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında  Azərbaycan Respublikasının Qanunu

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində