AzTehsil.com


Xəbərlər / Müəllim
12 noyabr 2019
2 292


Nazir müavini Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil işçiləri ilə görüşüb



Nazir müavini Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil işçiləri ilə görüşüb

 

Noyabrın 12-də Zərdab rayonu Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə qonaqlar ulu öndərin Heydər Əliyevin Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Ağcabədi, Ağdam, Zərdab və Laçın rayonlarının təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatları təhlil edərək öz münasibətini bildirib. Nazir müavini ölkə Prezidenti cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə və olimpiada uğurlarına toxunan nazir müavini bu nəticələrin daha da yaxşılaşdırılması üçün lazımi işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  bildirib ki, hər bir bölgənin təhsilinin inkişafı üçün yerli təhsili idarəetmə qurumları deyil, həm də məktəb direktorları məsuliyyət daşıyır. Nazir müavini bölgələrin təhsil sahəsində əldə etdiyi uğurların, həmçinin göstərdiyi zəif nəticələrin hər zaman nazirliyin diqqətində olduğunu söyləyib. Məhəbbət Vəliyeva bildirib ki, zəif nəticələr təhlil edilir, səbəblər araşdırılaraq müvafiq tədbirlər görülür, yüksək nəticələr isə qiymətləndirilir.

Nazir müavini ümumi təhsil müəssisələrində sağlam, keyfiyyətli təhsil mühitinin təşkilinin vacibliyini vurğulayaraq bildirib ki, bunun üçün Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən risk qrupuna daxil olan şagirdlərlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Məhəbbət Vəliyeva qarşıda duran prioritet məsələlərlə bağlı işlərin davam etdirilməsinin önəminə diqqət çəkib.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb.

Sonra təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən müəllim və məktəb direktorları təltif edilib.



Загрузка...
Həmçinin oxuyun:
Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Nazir müavini cəbhə bölgəsində

Nazir müavini cəbhə bölgəsində

Nazir müavini müsahibə prosesini izlədi

Nazir müavini müsahibə prosesini izlədi

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamda yeni məktəb binasının açılışı olub

“Hər universitet orta məktəblərdə özü haqqında geniş məlumat verməlidir” - Məhəbbət Vəliyeva

“Hər universitet orta məktəblərdə özü haqqında geniş məlumat verməlidir” - Məhəbbət Vəliyeva

Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Pedaqoji mühazirələr keçirilib

Pedaqoji mühazirələr keçirilib

Ağdam Musiqi Kollecində görüş

Ağdam Musiqi Kollecində görüş

“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”

“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Nazir müavini İmişlidə vətəndaşları qəbul edib

Nazir müavini İmişlidə vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” – Məhəbbət Vəliyeva

“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” – Məhəbbət Vəliyeva

Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib

Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib