AzTehsil.com


Xəbərlər
31 oktyabr 2019
1 620


Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib



Masazırda ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib

 

Oktyabrın 31-də "British Council” təşkilatının və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonu, Masazır qəsəbəsindəki Zəngilan 33 nömrəli tam orta məktəbin nəzdində təsis edilən ingilisdilli ilk Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, "British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, bu, Azərbaycanda hazırda mövcud olan 13 İngilis Dili Mərkəzindən ibarət şəbəkəyə əlavə edilməsi planlaşdırılan 5 yeni Resurs və Təlim mərkəzindən birincisidir. İngilis dilində danışıq bacarığını inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzin əhəmiyyətini qeyd edən nazir müavini deyib ki, bu mərkəzlər müasir texnologiyalardan istifadə edərək bu dili öyrənməyə imkan verir. Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlığını da xüsusi qiymətləndirən Məhəbbət Vəliyeva məktəblilərə ingilis dilini öyrənmələri üçün yaradılan imkanlardan düzgün faydalanmağı tövsiyə edib.

Məhəbbət Vəliyeva çıxışının sonunda gənclərə yaradılan bu şəraitə görə Britaniya Şurasına təşəkkür edib.

Daha sonra çıxış edən Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson ingilis dilinin dünyadakı mövqeyindən, bu dildə danışmağı bacarmağın əhəmiyyətindən danışıb. İngilis dilinin yeniliklərin dili olduğunu vurğulayan Baronessa Emma Nikolson Mərkəzdə hər kəsin ingilis dilini əylənərək öyrənəcəyinə və bu dildə danışmaqdan zövq alacağına ümid etdiyini deyib.

"British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah da öz növbəsində proqram barədə ətraflı məlumat verib və əlavə edib ki,  Mərkəz məktəblilərə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Samr Şah bildirib ki, əlavə olaraq  Zaqatala, Tərtər, Beyləqan və Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də belə Resurs və Təlim Mərkəzlərinin yaradılması planlaşdırılır.

Açılış mərasimində qeyd edilib ki, "Resurs və Təlim Mərkəzləri" proqramı gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə  bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.



Загрузка...
Həmçinin oxuyun:
Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

Məktəblilər böyük səhnədə çıxış edib

Məktəblilər böyük səhnədə çıxış edib

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Qaxda məktəb binalarının açılış mərasimi keçirilib

Qaxda məktəb binalarının açılış mərasimi keçirilib

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

Ağdaşda məktəb açılışı

Ağdaşda məktəb açılışı

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Məzunlara sertifikatlar təqdim olunub

Məzunlara sertifikatlar təqdim olunub

İmişlidə yeni məktəb binalarının açılışı olub

İmişlidə yeni məktəb binalarının açılışı olub

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı